Gürcüstan Ali Məhkəməsinin sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş KEÇİRİLDİ - FOTO

Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunan beynəlxalq konfrans çərçivəsində ölkəmizdə səfərdə olan Gürcüstan Ali Məhkəməsinin sədri Nino Kadagidzenin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Ali Məhkəməsində olub.

Ali Məhkəmədən Bizim.Media-ya verilən məlumata görə, qonaqları salamlayan Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Azərbaycan-Gürcüstan arasında münasibətlərə toxunub, iki ölkənin qarşılıqlı əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd edib.

Ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları barədə ətraflı məlumat verən sədr Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətində gördüyü işləri diqqətə çatdırıb.

Həmçinin məhkəmə sahəsində əməkdaşlığın qarşılıqlı səfərlər və təcrübə mübadiləsi nəticəsində daha da möhkəmləndiyi vurğulanıb, yeni əməkdaşlıq imkanlarının yarandığı bildirilib.
 

Qeyd edilib ki, qloballaşan dünyada qarşıya çıxan yeni çağırışlar və tələblərə uyğun olaraq, məhkəmələrdə innovativ texnologiyaların tətbiqi, eyni zamanda, ədalət mühakiməsinin səmərəliliyinin və əlçatanlığının artırılması əsas prioritetlərdəndir.


Dəvətə və səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Nino Kadagidze ikitərəfli əlaqələri yüksək qiymətləndirərək, bu münasibətlərin inkişafına xüsusi diqqət yetirildiyini bildirib. İyunun 18-də Bakıda keçiriləcək “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” mövzusunda konfransın hüquq ictimaiyyəti üçün əhəmiyyətini xüsusi vurğulayan qonaq, bu səfərin qarşılıqlı əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyini diqqətə çatdırıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İqtisadi fəal əhalinin sayı AÇIQLANDI

İqtisadi fəal əhalinin sayı AÇIQLANDI

Millimizin üzvünün komandası baş məşqçisiz qaldı

Millimizin üzvünün komandası baş məşqçisiz qaldı

DİQQƏTLİ OLUN: Bu qidaların tərkibində gizli şəkər var

DİQQƏTLİ OLUN: Bu qidaların tərkibində gizli şəkər var

Xorvatiya millisinin üzvü Türkiyə KLUBUNDA

Xorvatiya millisinin üzvü Türkiyə KLUBUNDA

Rusiyadan gətirilən dondurulmuş toyuq dərisində uyğunsuzluq AŞKARLANDI

Rusiyadan gətirilən dondurulmuş toyuq dərisində uyğunsuzluq AŞKARLANDI

Rəqsanə: “Elə şeylər var ki, tez demək olmur” - VİDEO

Rəqsanə: “Elə şeylər var ki, tez demək olmur” - VİDEO

“Borussiya” ilk oyunda qalib gələ bilmədi

“Borussiya” ilk oyunda qalib gələ bilmədi

İran bu halda Amerika bazalarına hücum PLANLAŞDIRIR

İran bu halda Amerika bazalarına hücum PLANLAŞDIRIR

"Survivor"dan qazandığı məbləğ BƏLLİ OLDU

"Survivor"dan qazandığı məbləğ BƏLLİ OLDU

Ronaldo Trampa imzalı formasını GÖNDƏRDİ

Ronaldo Trampa imzalı formasını GÖNDƏRDİ

Yaşar Gülər rusiyalı həmkarı ilə İsrail-İran münaqişəsini MÜZAKİRƏ ETDİ

Yaşar Gülər rusiyalı həmkarı ilə İsrail-İran münaqişəsini MÜZAKİRƏ ETDİ

Azyaşlı qız qətlə yetirilibmiş - Ana 23 il sonra tutulub

Azyaşlı qız qətlə yetirilibmiş - Ana 23 il sonra tutulub

AzTV tamaşaçılardan ÜZR İSTƏDİ - VİDEO

AzTV tamaşaçılardan ÜZR İSTƏDİ - VİDEO

RƏSMİ: “Qarabağ” braziliyalı müdafiəçi aldı

RƏSMİ: “Qarabağ” braziliyalı müdafiəçi aldı

Heydər Əliyev Sarayında VII Beynəlxalq Musiqi Festivalının açılışı oldu - FOTO

Heydər Əliyev Sarayında VII Beynəlxalq Musiqi Festivalının açılışı oldu - FOTO

Tramp İranla danışıqlardan İMTİNA ETDİ

Tramp İranla danışıqlardan İMTİNA ETDİ

Ağcabədi sakini Hacıqabulda BIÇAQLANDI

Ağcabədi sakini Hacıqabulda BIÇAQLANDI

“Barselona”nın futbolçusu əməliyyat olundu

“Barselona”nın futbolçusu əməliyyat olundu

Müavinət və təqaüdlər BU TARİXDƏ artımla ödəniləcək

Müavinət və təqaüdlər BU TARİXDƏ artımla ödəniləcək

Ozan Akbaba Bakıda toyda GÖRÜNTÜLƏNDİ - VİDEO

Ozan Akbaba Bakıda toyda GÖRÜNTÜLƏNDİ - VİDEO

Tramp İrana SƏSLƏNDİ: “Xameneinin yerini bilirik, qeyd-şərtsiz təslim olun”

Tramp İrana SƏSLƏNDİ: “Xameneinin yerini bilirik, qeyd-şərtsiz təslim olun”

Qaraciyəri məhv edən 3 QİDA: Sağlam hesab edilirdi, amma risk daşıyır

Qaraciyəri məhv edən 3 QİDA: Sağlam hesab edilirdi, amma risk daşıyır

ABŞ və Müttəfiq Hərbi Dəniz Qüvvələrinin bütün gəmiləri Bəhreyn bazasını TƏRK ETDİ

ABŞ və Müttəfiq Hərbi Dəniz Qüvvələrinin bütün gəmiləri Bəhreyn bazasını TƏRK ETDİ

RƏSMİ: “Sabah” bu legionerlə YOLLARINI AYIRDI

RƏSMİ: “Sabah” bu legionerlə YOLLARINI AYIRDI

End of content

No more pages to load

RADİO