İrandan növbəti antiazərbaycan isterikası...

İranın bəzi dairələri son günlər İsrailin hücumlarına qarşı ölkənin müdafiəsi haqqında düşünmək əvəzinə, mümkün vasitələrlə Azərbaycanı da İsrailin “yanına qoşub” müharibə proseslərinin içinə çəkmək istəyirlər.

Bizim.Media axar.az-a istinadən xəbər verir ki, bu məqsədlə ölkəmizə qarşı istifadə edilən “ittiham” eynidir – guya “İsrail İrana qarşı hücumlarda Azərbaycanın ərazisindən istifadə edir”.
 

İroniya burasındadır ki, İsrail İrana qarşı hücumlarda elə İranın öz ərazisindən istifadə edir! İsrail və İran arasında hərbi qarşıdurma qonşu və qardaş xalq kimi Azərbaycan xalqını da çox narahat edir. Tehran, Təbriz, Ərbədil, Qəzvin, Urmiya, Xoy və digər şəhərlər bizə də doğma məkanlardır.


Beynəlxalq hüquq baxımından da, humanitar ölçü baxımından da İsrailin hərbi hücumuna haqq qazandırmaq olmaz. 30 il müharibə acılarını yaşamış, hələ də bunun fəsadları ilə mübarizə aparan Azərbaycan xalqı müharibənin nə olduğunu yaxşı bilir. Həmin tarixi hadisələr Azərbaycan xalqına həm də yaxşı dərs oldu, dostunu, düşmənini yaxşı tanıdı.

Qarabağın azad edilməsi ilə Azərbaycan regionda yeni geosiyasi reallıqlar yaratdı, yeni əməkdaşlıq səhifəsini açdı və qonşu dövlətlərlə, o cümlədən İranla əlaqələrini inkişaf etdirməyə hazır olduğunu ən yüksək səviyyədə nümayiş etdirdi. İranın yeni prezidenti Məsud Pezeşkian tərəfindən də atılan dost addımları bu istiqamətdə ümidləri artırdı. Lakin görünür, İran hakimiyyətində heç də hər kəs Pezeşkian kimi düşünmür.

Mövcud müharibə reallıqlarında ölkənin müharibə qayğıları, müdafiə problemləri ilə məşğul olmaq əvəzinə müxtəlif kanallarla Azərbaycan dövlətinə “bizim təxəyyüllümüzə gəlib ki, İsrail sizin ərazinizdən istifadə edib” mesajını verməyə çalışırlar.

Axı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyunun 14-də İranlı həmkarı Seyid Abbas Arakçı ilə telefon danışığı zamanı açıq mətnlə Azərbaycan ərazisinin hər hansı bir ölkə tərəfindən üçüncü ölkəyə, o cümlədən, qonşu və dost İrana qarşı istifadə edilməsinin mümkün olmadığını açıq şəkildə bildirdi və vurğuladı. Ceyhun Bayramovdan qabaq dövlət başçısı İlham Əliyev də dəfələrlə bildirib ki, Azərbaycan ərazisindən heç bir ölkənin digər ölkəyə müdaxiləsinə icazə verilməyəcək. Azərbaycan nə üçün öz ərazisindən İran əleyhinə fəaliyyətə icazə verməlidir ki?! Azərbaycanın xarici siyasəti hər zaman qonşularla, o cümlədən İranla dostluq və əməkdaşlıq münasibətlərinə əsaslanıb.
 

Azərbaycanın öz ərazisini İran əleyhinə istifadəyə icazə verməsi siyasi və strateji baxımdan da məntiqsizdir. Azərbaycan İsrailə icazə verəcək ki, gedib Arazın o tayındakı soydaşlarımızı bombalasınlar? Bu nə mənəviyyatsız düşüncə tərzidir! İran 1-ci və 2-ci Qarabağ müharibələrində Ermənistana bütün sahələrdə dəstək göstərdi, hər vəcdlə Azərbaycanın zəiflədilməsi siyasəti yürütdü, yəqin ona görə düşünürlər ki, rəsmi Bakı da onlar kimi oxşar hərəkətlər edəcək. Xeyr, biz o mənəviyyatın sahibi deyilik.


İranın hakimiyyət dairələrinə bağlı müxtəlif media resurslarında yayılan iddialar isə heç bir konkret dəlil və fakta söykənmir. İranın hakimiyyət dairələrinə bağlı informasiya resursları ona görə deyirik ki, İran kimi qapalı, sərt iyerarxik qaydalarla idarə olunan rejimlərdə media sərbəstliyinin mövcud olması mümkün deyildir. Gəlin, onların bəzi sayıqlamalarına nəzər salaq.

Müasir Dünya Araşdırmalar Mərkəzinin rəhbəri, Azərbaycana qarşı çıxışları ilə ad çıxarmış Bəhmən Şüeyb İranın guya İsraildən ələ keçirdiyi məxfi sənədlərdə Azərbaycanın adının keçdiyini iddia edib.

Vaxtilə İran televiziyasının Bakıda nümayəndəsi olmuş, ölkəmizə qarşı təxribatçı mövqeyi ilə tanınan Bürhan Heşməti İsrailin hücumunu “Azərbaycan hücumu” kimi qiymətləndirib. Heşməti iddia edib ki, Araz boyu ərazi İsrailin şübhəli texnika və avadanlıqlarının “işğal olunmuş Qarabağdan” qaçaqmalçılıq yolu ilə İrana daşındığı ərazidir. Görürsünüz nə yazıb - “işğal olunmuş Qarabağdan”.

Bunlar üçün Qarabağın erməni işğalından azad edilməsi “işğal” demək imiş.

Yaxud etnik mənşəyi bəlli olmayan Ehsan Müvəhhedian adlı tədqiqatçı İrana zərbə üçün istifadə olunan PUA-ların Azərbaycan ərazisindən daxil olduğunu iddia edib. Oxşar mövqeni “Enqelabe eslami dər Azərbaycan”, “Sərbazan-e Qomnam” adlı sosial şəbəkə kanalları və digər resurslar da paylaşıb. İranda tanınmış ermənipərəst ictimai xadim Əhməd Kazımi Təbrizin vurulmasını Bakının fəaliyyəti ilə əlaqələndirib.
 

“Tasnim Nyus” və “Şarq Deyli” media resurslarında Bakı “sionist rejimlə əməkdaşlıq etməkdə” günahlandırılıb. Daşnak ermənilərin yaxın dostu olan Salar Seyfəddin isə çağırış edib ki, Azərbaycandan İrana PUA hücumu faktı təsdiqlənsə, rəsmi Bakıya qarşı adekvat cavab tədbirləri görülsün. Bütün sayıqlamalarında da xoşlayırlar ki, bizi sancmaq üçün Azərbaycan Respublikası yox, “Bakı Respublikası” ifadəsindən istifadə etsinlər.


Siyahını uzatmaq olar. Bəli, İranın məlum mərkəzlərindən verilmiş tapşırığa əsasən, İran mətbuatında yenidən antiazərbaycan isterikası başladılıb.

Azərbaycan Respublikası ərazisindən heç bir PUA İran ərazisinə keçməyib. Bunu İranın özündə də çox yaxşı anlayırlar. Sadəcə, öz ayıblarını ört-basdır etmək istəyirlər. Özləri yazırlar ki, Tehranın yaxınlığında MOSSAD-ın PUA zavodu tapılıb. Bu nə biabırçılıqdır?! Son günlər nümayişkaranə şəkildə onlarla İsrail casusu utulur, dar ağacından asılır və bütün bunlar camaatın gözü qarşısında baş verir.

İsrail İranı vurmaq üçün İranın elə öz ərazisində raket qurğularını işə salır, PUA-lar qaldırır! İranın “qüdrətli” təhlükəsizlik qüvvələri hara baxır?!

Bir məqam da marağımıza səbəb olub. İran hakimiyyətinin emissarları “İsrailin İrana, xüsusən, Təbrizə qarşı zərbələri Azərbaycan ərazisindən vurması” ilə bağlı cəfəng xəbərləri Cənubi Azərbaycandakı soydaşlarımız arasında ayrıca canfəşanlıqla yayırlar. Burada məqsəd aydındır – Cənubdakı soydaşlarımız arasında Azərbaycan dövlətinin artan nüfuzunun qarşısını almaq.

Azərbaycan-İran münasibətlərini, yaranmaqda olan etimadı zədələmək məqsədi güdən indiki şər kampaniyası çox bəsit, primitivdir. Bununla İran hakimiyyətinə bağlı dairələr bu ölkənin müdafiəsini təşkil etməkdə göstərdikləri acizliyin bədəlini öz aləmlərində rəsmi Bakıdan çıxırlar. Təbrizi vuran təyyarələrin, PUA-ların Azərbaycan ərazisindən qalxdığını iddia etməklə öz aləmlərində soydaşlarımız arasında milli hisslərə zərbə vurmağa, rəsmi Bakıya olan mənəvi bağlılığı qırmağa çalışırlar. Görünən odur ki, bütün bu səylər əbəsdir.

Diqqətimizi cəlb edən bir müşahidəmizi bölüşüb, yazımızı bununla başa çatdırmaq istərdik. Bunu əsla İsrail-İran savaşında tərəfkeşlik kimi qəbul etməyin.

Sadəcə, jurnalist müşahidəsinin nəticəsi kimi görün. İsrailin İrana qarşı zərbələri normalda İran cəmiyyətini İsrailə qarşı, yəhudilərə qarşı səfərbər etməli idi. Küçələrdə könüllü dəstələr formalaşmalı, İran hakimiyyətinə dəstək kampaniyaları təşkil olunmalı, İsraili lənətləyən çıxışlar edilməli, İran kimi dini dövlətdə məscidlər dolub-daşmalı idi.

Bunların heç birini görmürük. Əgər belə bir şey olsaydı, İran mediası çoxdan bununla bağlı car çəkmişdi. Müqayisə üçün Vətən müharibəsi zamanı Azərbaycanda, cəmiyyətimizdə olan milli səfərbərliyi, xalq-dövlət birliyini xalqın düşmənə qarşı birləşməsini yada salmaq kifayətdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Borussiya” ilk oyunda qalib gələ bilmədi

“Borussiya” ilk oyunda qalib gələ bilmədi

İran bu halda Amerika bazalarına hücum PLANLAŞDIRIR

İran bu halda Amerika bazalarına hücum PLANLAŞDIRIR

"Survivor"dan qazandığı məbləğ BƏLLİ OLDU

"Survivor"dan qazandığı məbləğ BƏLLİ OLDU

Ronaldo Trampa imzalı formasını GÖNDƏRDİ

Ronaldo Trampa imzalı formasını GÖNDƏRDİ

Yaşar Gülər rusiyalı həmkarı ilə İsrail-İran münaqişəsini MÜZAKİRƏ ETDİ

Yaşar Gülər rusiyalı həmkarı ilə İsrail-İran münaqişəsini MÜZAKİRƏ ETDİ

Azyaşlı qız qətlə yetirilibmiş - Ana 23 il sonra tutulub

Azyaşlı qız qətlə yetirilibmiş - Ana 23 il sonra tutulub

AzTV tamaşaçılardan ÜZR İSTƏDİ - VİDEO

AzTV tamaşaçılardan ÜZR İSTƏDİ - VİDEO

RƏSMİ: “Qarabağ” braziliyalı müdafiəçi aldı

RƏSMİ: “Qarabağ” braziliyalı müdafiəçi aldı

Heydər Əliyev Sarayında VII Beynəlxalq Musiqi Festivalının açılışı oldu - FOTO

Heydər Əliyev Sarayında VII Beynəlxalq Musiqi Festivalının açılışı oldu - FOTO

Tramp İranla danışıqlardan İMTİNA ETDİ

Tramp İranla danışıqlardan İMTİNA ETDİ

Ağcabədi sakini Hacıqabulda BIÇAQLANDI

Ağcabədi sakini Hacıqabulda BIÇAQLANDI

“Barselona”nın futbolçusu əməliyyat olundu

“Barselona”nın futbolçusu əməliyyat olundu

Müavinət və təqaüdlər BU TARİXDƏ artımla ödəniləcək

Müavinət və təqaüdlər BU TARİXDƏ artımla ödəniləcək

Ozan Akbaba Bakıda toyda GÖRÜNTÜLƏNDİ - VİDEO

Ozan Akbaba Bakıda toyda GÖRÜNTÜLƏNDİ - VİDEO

Tramp İrana SƏSLƏNDİ: “Xameneinin yerini bilirik, qeyd-şərtsiz təslim olun”

Tramp İrana SƏSLƏNDİ: “Xameneinin yerini bilirik, qeyd-şərtsiz təslim olun”

Qaraciyəri məhv edən 3 QİDA: Sağlam hesab edilirdi, amma risk daşıyır

Qaraciyəri məhv edən 3 QİDA: Sağlam hesab edilirdi, amma risk daşıyır

ABŞ və Müttəfiq Hərbi Dəniz Qüvvələrinin bütün gəmiləri Bəhreyn bazasını TƏRK ETDİ

ABŞ və Müttəfiq Hərbi Dəniz Qüvvələrinin bütün gəmiləri Bəhreyn bazasını TƏRK ETDİ

RƏSMİ: “Sabah” bu legionerlə YOLLARINI AYIRDI

RƏSMİ: “Sabah” bu legionerlə YOLLARINI AYIRDI

Əhmədinejatın öldürülməsi ilə bağlı xəbərlər YALANDIR - YENİLƏNİB

Əhmədinejatın öldürülməsi ilə bağlı xəbərlər YALANDIR - YENİLƏNİB

Tanınmış jurnalistə yüksək vəzifə VERİLDİ

Tanınmış jurnalistə yüksək vəzifə VERİLDİ

ABŞ vətəndaşlarına İrəvandakı Göy Məsciddən uzaq durmağı TÖVSİYƏ ETDİ

ABŞ vətəndaşlarına İrəvandakı Göy Məsciddən uzaq durmağı TÖVSİYƏ ETDİ

Gürcüstan Ali Məhkəməsinin sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş KEÇİRİLDİ - FOTO

Gürcüstan Ali Məhkəməsinin sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş KEÇİRİLDİ - FOTO

İnzagi bu klubun baş məşqçisi OLDU

İnzagi bu klubun baş məşqçisi OLDU

İran İsrailin hərbi hava bazalarını VURDU - VİDEO

İran İsrailin hərbi hava bazalarını VURDU - VİDEO

End of content

No more pages to load

RADİO