Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə türkiyəli Hakan Fidan arasında telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı İsrailin İran ərazisinə qarşı başladığı əməliyyat nəticəsində bölgədə yaranmış vəziyyət, ikitərəfli münasibətlərdən irəli gələn məsələlər, o cümlədən 21-22 iyun tarixində İstanbulda keçirilməsi planlaşdırılan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasına hazırlıq işləri müzakirə olunub.
***16:32
Azərbaycan və Türkiyə xarici işlər nazirləri Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Ceyhun Bayramov və Hakan Fidan Yaxın Şərqdə gərginliyin artması, İsrail və İran arasındakı münaqişə və aktual regional problemləri müzakirə ediblər.
Bizim.Media