Ermənistanın baş naziri Nikol Paşinyan rəsmi nikahda olmamasının səbəbini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.
O bildirib ki, 1990-cı illərdə müxalif siyasi fəaliyyətlə məşğul olduğu üçün həbs olunacağını, məhkəmə qarşısına çıxarılacağını və əmlakının müsadirə ediləcəyini öncədən anlayırmış.
“Sadəcə ailəmi qorumaq üçün rəsmi nikah bağlamadım,” – deyə Paşinyan əlavə edib.
“Birlikdə aldığımız evi Annanın adına rəsmiləşdirdik. Bilirdim ki, mənimlə nə edəcəklər. Ən azı övladlarımın başını soxmağa bir evi olsun deyə düşünürdüm.
Bizim rəsmi nikahda olmamağımızın başqa heç bir səbəbi yoxdur,” – deyə Paşinyan yekunlaşdırıb.
Bizim.Media