Kremlin təbliğatçısı Marqarita Simonyan ermənipərəst Vladimir Solovyovun proqramında çıxış edərək növbəti dəfə Ermənistanı hədəfə alıb.
Bizim.Media xəbər verir ki, bu barədə Telegram kanalları yazıb.
O, efirdə belə bir sərt ifadə işlədib:
"Əgər ermənilər Paşinyanı devirməsələr, dövlətləri ilə vidalaşmalı olacaqlar."
Bu açıqlama, Rusiyanın Ermənistanın hazırkı siyasi kursuna – xüsusilə də Qərbə yaxınlaşmasına və Rusiya ilə əvvəlki dərəcədə yaxın münasibətlər saxlamamasına olan açıq narazılığının ifadəsi kimi qiymətləndirilir.
Simonyan faktiki olaraq Paşinyanı Ermənistan dövlətçiliyi üçün təhdid adlandırır və xalqı onu devirməyə təhrik edir. Bu cür açıqlamalar Kremlin Ermənistan üzərindəki təsirini itirməyə başladığını göstərən əlamətlər fonunda, təzyiq vasitəsi kimi ortaya çıxır.
Beləliklə, Simonyanın bu fikri həm Ermənistanın daxili işlərinə qarışmaq, həm də oradakı ictimai rəyi manipulyasiya etməyə yönəlmiş açıq təhdid və ideoloji basqı nümunəsidir.
Bizim.Media