Ermənistan Fransaya hərbi attaşe təyin edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Məlumata görə, bununla bağlı sərəncamı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb.
Bu vəzifəyə Artur Aznavuryan təyin olunub. Aznavuryan avqustun 1-də vəzifəsinin icrasına başlayacaq və üç il Fransanın paytaxtında çalışacaq.
Bizim.Media