Rusiyada satışda olan erməni konyaklarının 85%-i GOST standartlarına və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun gəlmir.
Bizim.Media xəbər verir ki, "Soyuzkonyak" və "Antikontrafakt" təşkilatlarının apardığı araşdırmaya əsasən, bəzi erməni istehsalçıları Rusiyaya göndərilən konyaklara aromatizatorlar əlavə edirlər.
Məhsulların 50 faizində isə üzüm mənşəli spirt əvəzinə başqa növ spirtlərdən istifadə olunur.
Mütəxəssislər bildirirlər ki, belə içkilər "konyak" adlandırıla bilməz.
Bizim.Media