Ermənistanda “Daşnaksütyun” (ARFD) partiyasının 7 üzvü “terrorizm işi” və silahların qeyri-qanuni saxlanılması ittihamı ilə saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.
Mənbə Ermənistan hakimiyyəti tərəfindən saxlanılan və həbs edilən “Daşnaksütyun” partiyasının 5 üzvünün adını açıqlayıb:
Taron Manukyan – deputat Geğam Manukyanın oğludur, saxlanılıb və həbs edilib.
Geğam Manukyan – Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatıdır, ARFD Ali Orqanının üzvüdür, onun telefonu götürülüb və evində axtarış aparılıb.
Vaan Matinyan – ARFD Ali Orqanının aparat rəhbəri, evində axtarış aparılıb.
Gevork Muradyan – Yegvard icmasının şurasının üzvü, ARFD Ermənistan Gənclər İttifaqının Mərkəzi İdarəsinin rəhbəri, evində axtarış aparılıb.
Arsen Martoyan – ARFD-nin İrəvan şəhər komitəsinin üzvü, polis şöbəsinə aparılıb (привод).
Digər iki şəxsin adı ictimaiyyətə hələ açıqlanmır.
Bizim.Media