Ermənistan parlamentində “Hayastan” fraksiyasının deputatı Kristine Vardanyanın bildirdiyinə əsasən, Milli Təhlükəsizlik Xidməti Ermənistan parlamentinin deputatı Geqam Manukyanın telefonunu müsadirə edib və onun oğlu Taron Manukyanı həbs edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı erməni mətbuatı yayıb.
Bundan əlavə, Daşnaksütyun (ARFD) partiyasının Ali orqanının üzvü, “Hayastan” fraksiyasının deputatı Geqam Manukyanın və Ali orqanın aparat rəhbəri Vaan Matinyanın evlərində axtarış aparılıb.
Həmçinin, Eğvard icmasının şura üzvü, ARFD Ermənistan Gənclər Birliyinin Mərkəzi İdarəsinin rəhbəri Gevorq Muradyanın evində də axtarış keçirilib.
Eyni zamanda ARFD-nin İrəvan şəhər komitəsinin üzvü Arsen Martoyan istintaqa gətirilib.
Bizim.Media