Ermənistan hərbçiləri təlim-məşq toplanışı zamanı mina partlayışı nəticəsində xəsarət alıblar.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, mina partlayışı yerli vaxtla saat 16:00 radələrində Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin poliqonunda baş verib.
Xəsarət alanların sayı açıqlanmayıb.
Bizim.Media