Ermənistan parlamenti "Hayastan" fraksiyasının deputatı Artur Sarkisyanın toxunulmazlığından məhrum edilməsi məsələsini müzakirə edir.
Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri erməni mətbuatı yayıb.
Mənbə qeyd edir ki, Artur Sarkisyan çıxışından sonra heç bir suala cavab verməyib, “Vətəndaş Müqaviləsi”nin hər şeyi həll etdiyini və onu deputat toxunulmazlığından məhrum edəcəyini bildirib.
Bundan sonra parlamentdə vəziyyət gərginləşib, deputatlar arasında dava düşüb.
Bizim.Media