“Ermənistan tərəfi Cənubi Qafqazda sülhün qurulmasında maraqlıdır”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Çin Mərkəzi Televiziyasına (CGTN) müsahibəsində bildirib.
"Biz təkcə sərhədlərimizdə deyil, digər regionlarda və daha geniş coğrafiyalarda da sülhün qurulmasına can atırıq. Bu mənada bizim yanaşmalarımız Çinin yanaşmalarına çox yaxındır. Azərbaycanla danışıqlar aparırıq", - o qeyd edib.
Mirzoyanın sözlərinə görə, tərəflər arasında sülh sazişinin layihəsi üzrə razılığa gəlinib: "İndi bu sazişi imzalamağa və ratifikasiya etməyə hazırıq".
Bizim.Media