Dərgah Haqverdiyev: “Ermənilər zəng vurub deyirdilər ki...”

İyulun 7-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs - Kərkicahan qəsəbəsinin sakini Dərgah Haqverdiyev 1987-ci ildən etibarən Xankəndi şəhərində yaşayan erməniəsilli şəxslər tərəfindən azərbaycanlı əhaliyə qarşı milli ayrı-seçkilik zəminində təzyiqlər başlandığını bildirib.

Bizim.Media xəbər verir ki, o, Robert Koçəryanın (Ermənistanın keçmiş prezidenti – red.) bu proseslərdə fəal olduğunu vurğulayıb.

D.Haqverdiyev 1988-ci ilin fevral ayından sonra ermənilərin azərbaycanlıları aşkar şəkildə qovmağa başladığını, həmin ilin sentyabr ayında Xankəndi şəhərində yaşayan azərbaycanlıların fərdi yaşayış evlərinin yandırıldığını bildirib.

Həmin vaxt Xankəndi şəhərinin mərkəzi meydanında ermənilər tərəfindən keçirilən mitinqdən sonra silahlı ermənilər Kərkicahan qəsəbəsinə hücum edib, bir neçə evi yandırıblar.

Zərərçəkmiş bildirib ki, 1991-ci ildən başlayaraq Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayda xidmət edən erməniəsilli hərbçilərin iştirakı ilə, həmin alayın silahlarından, texnikalarından istifadə etməklə qəsəbə atəşə tutulub. Dekabrın 28-də isə kəndə hücuma keçən ermənilər Kərkicahanı işğal edib. Həmin vaxt azərbaycanlılara məxsus bütün evlər yandırılıb.

“İşğaldan əvvəl zəng vurub bizi təhqir edirdilər, deyirdilər çıxın gedin, Qarabağ Ermənistana birləşdirilməlidir, burada ancaq ermənilər yaşamalıdır. Hücum edəndə isə qışqırıb deyirdilər ki, azərbaycanlılar rədd olub getməlidir, bura Ermənistan ərazisidir”, - deyə zərərçəkmiş şəxs bildirib.

O, əlavə edib ki, işğal zamanı əhali çox çətinliklə meşə yolu ilə kənddən çıxaraq Şuşa şəhərinə gedib.
 

İşğala kimi Kərkicahan qəsəbəsində əhalinin sayı 1796 nəfər olub. Kərkicahan qəsəbəsində işğaldan əvvəl azərbaycanlılara məxsus 350 fərdi yaşayış evi, orta məktəb binası və s. olub.


Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“20 yanvar” metrosu yaxınlığındakı yanğın SÖNDÜRÜLDÜ

“20 yanvar” metrosu yaxınlığındakı yanğın SÖNDÜRÜLDÜ

Həftənin sonuna qədər xoş bir hədiyyə alacaq 5 BÜRC

Həftənin sonuna qədər xoş bir hədiyyə alacaq 5 BÜRC

Yeni Zelandiyada güclü zəlzələ OLDU

Yeni Zelandiyada güclü zəlzələ OLDU

Sərnişilərin DİQQƏTİNƏ: Paytaxtda daha 4 dayanacaq yaradıldı

Sərnişilərin DİQQƏTİNƏ: Paytaxtda daha 4 dayanacaq yaradıldı

Rusiya Nəqliyyat Nazirliyində daha bir ölüm HADİSƏSİ

Rusiya Nəqliyyat Nazirliyində daha bir ölüm HADİSƏSİ

DTX və DSX-dan BİRGƏ ƏMƏLİYYAT: 42 kq narkotikin İrandan keçirilməsinin qarşısı alındı

DTX və DSX-dan BİRGƏ ƏMƏLİYYAT: 42 kq narkotikin İrandan keçirilməsinin qarşısı alındı

"Zirə"də yeni müqavilə - Rəsmi

"Zirə"də yeni müqavilə - Rəsmi

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair SAXTA SƏNƏD yayıldı - FOTO

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair SAXTA SƏNƏD yayıldı - FOTO

"Rosqvardiya" rəhbərinin keçmiş müavini HƏBS EDİLDİ

"Rosqvardiya" rəhbərinin keçmiş müavini HƏBS EDİLDİ

“Beşbarmaq”dakı paraşüt qəzasının TƏFƏRRÜATLARI - ÖZƏL

“Beşbarmaq”dakı paraşüt qəzasının TƏFƏRRÜATLARI - ÖZƏL

“20 yanvar” metrosunun yaxınlığında yanğın BAŞLAYIB

“20 yanvar” metrosunun yaxınlığında yanğın BAŞLAYIB

Şəbnəmin Antalyada lüks TƏTİLİ - VİDEO

Şəbnəmin Antalyada lüks TƏTİLİ - VİDEO

"Ocağım söndü" – Pünhanın atası məhkəmədə FƏRYAD ETDİ

"Ocağım söndü" – Pünhanın atası məhkəmədə FƏRYAD ETDİ

"Araz-Naxçıvan" Superliqanın 2 təmsilçisi ilə QARŞILAŞACAQ

"Araz-Naxçıvan" Superliqanın 2 təmsilçisi ilə QARŞILAŞACAQ

Bakıda dərzi iş yerində dünyasını dəyişdi

Bakıda dərzi iş yerində dünyasını dəyişdi

Bu tarixdən temperatur yüksələcək – RƏSMİ

Bu tarixdən temperatur yüksələcək – RƏSMİ

DİQQƏT! Gəncədə iki gün qaz olmayacaq

DİQQƏT! Gəncədə iki gün qaz olmayacaq

“Gəncə” amerikalı libero ilə ANLAŞDI

“Gəncə” amerikalı libero ilə ANLAŞDI

Ohanyanın deputat toxunulmazlığı LƏĞV EDİLDİ – Daha bir Xocalı qatili HƏBS OLUNUR?

Ohanyanın deputat toxunulmazlığı LƏĞV EDİLDİ – Daha bir Xocalı qatili HƏBS OLUNUR?

“Alan razı, satan razı” – Sahibkar və işçilər müqavilədən niyə yayınır?

“Alan razı, satan razı” – Sahibkar və işçilər müqavilədən niyə yayınır?

Tranzit daşımalarda artan imkanlar: ADY Çin şirkətləri ilə əməkdaşlığı gücləndirir – FOTO

Tranzit daşımalarda artan imkanlar: ADY Çin şirkətləri ilə əməkdaşlığı gücləndirir – FOTO

Tərəvəzləri bostandan yığıb yumadan yemək olar?

Tərəvəzləri bostandan yığıb yumadan yemək olar?

İmişlidə güclü yanğın – ANBAAN VİDEO

İmişlidə güclü yanğın – ANBAAN VİDEO

Putinin bu gün işdən çıxardığı nazirin meyiti TAPILDI - VİDEO

Putinin bu gün işdən çıxardığı nazirin meyiti TAPILDI - VİDEO

End of content

No more pages to load

RADİO