Ermənistanda 2021-ci ilin aprelində baş nazir Nikol Paşinyanın Sünik (Zəngəzur) bölgəsinə səfəri zamanı yaşanan insidentlə bağlı başlanmış cinayət işi üzrə istintaq başa çatıb.
Bizim.Media xəbər verir ki, həmin vaxt Paşinyanın cənub bölgəsinə etdiyi işgüzar səfəri gərgin atmosferdə keçmişdi.
Yerli sakinlər onu təhqir dolu şüarlarla qarşılamış, baş nazirə “xain” deyə müraciət etmiş, həmçinin nalayiq ifadələr işlətmişdilər. Hadisədən sonra Ermənistan hüquq-mühafizə orqanları tərəfindən "xuliqanlıq" maddəsi ilə cinayət işi açılmışdı.
Ermənistan İstintaq Komitəsinin yaydığı məlumata görə, artıq iş üzrə istintaq yekunlaşdırılıb və materiallar məhkəməyə təqdim olunub.
Cinayətdə adı hallanan dörd nəfərdən üçü barəsində məhkəmə qərarı ilə zaminə buraxılma və ölkədən çıxmamaq barədə iltizam tədbiri, bir nəfər barəsində isə yalnız ölkədən çıxmamaq barədə iltizam tədbiri seçilib.
Bizim.Media