“Ermənistana ümumxalq səsverməsi ilə təsdiq edilmiş yeni Konstitusiya lazımdır”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkə Konstitusiyasının qəbulunun 30 illiyi münasibətilə keçirilən tədbirdə çıxış edərkən deyib.
O qeyd edib ki, yalnız bu halda xalq Konstitusiyanı özününkü və doğma sayacaq:
“Yeni Konstitusiya xalqın özünün yaratdığı dövlətdə ömürlük qayda hesab ediləcək”.
Bizim.Media