Bu gün səhər saatlarından etibarən Ermənistan hüquq-mühafizə orqanları revanşist "Müqəddəs Mübarizə" hərəkatının tərəfdarlarının evlərində yenidən axtarışlar aparır.
Bizim.Media xəbər verir ki, məlumatı erməni KİV-ləri yayıb.
Axtarışlar hərəkatın lideri, revanşist arxiyepiskop Baqrat Qalstanyanın mənzilində də aparılır.
Qeyd edək ki, daha əvvəl, 20 iyun tarixində “Müqəddəs Mübarizə” hərəkatının tərəfdarları arasında kütləvi həbslər həyata keçirilmişdi.
Bizim.Media