Erməni jurnalist Anna Akopyanı məhkəməyə verdi

Politic.am saytının redaktoru Boris Murazi Anna Akopyanı onun ünvanına səsləndirdiyi böhtan xarakterli fikirlərə görə məhkəməyə verib.

Bizim.Media xəbər verir ki, bu barədə o, NEWS.am saytına açıqlamasında bildirib. Murazinin sözlərinə görə, hətta Akopyanı məhkəməyə gətirmək üçün Çindən (o, bu ölkədə təhsil almağı planlaşdırır) gətirmək lazım gəlsə belə, buna nail olmağa çalışacaq.

“Çoxları kimi onun dediklərini görməzdən gələ bilərdim. Amma xüsusilə indi – onlar Kilsəyə qarşı böhtan kampaniyasına başlayıblar – mən müdaxilə etməyi zəruri saydım. Kilsənin onlarla birbaşa qarşıdurmaya girməsini istəmirəm, buna görə məsuliyyəti öz üzərimə götürmək qərarına gəldim. Sözlərə cavab verilməlidir.

Jurnalistikada olur ki, mənbə yanlış məlumat verir – mənim də barəmdə iddialar olub. Biz bunu anlayışla qarşılayıb məhkəmə yolu ilə həll etmişik. Amma söhbət bilərəkdən, aşkar təhrif olunmuş yalandan gedirsə – burada məhkəməsiz keçinmək mümkün deyil,” – deyə Murazi vurğulayıb.

Niyə məhz onun hədəfə alındığı sualına Murazi belə cavab verib: “Bu, Anna Akopyan və Nikol Paşinyanın taktikasıdır: konkret din xadiminin adını çəkmədən, guya bir keşişin xalasının intim münasibətindən bəhs edirlər.

Mən isə konkret adlar və faktlar səsləndirdim – Mariam Paşinyan və pedofiliyada ittiham olunan Samson Tantuşyan arasındakı münasibət barədə. Və absurd budur ki, Mariam Paşinyan həmin şəxslə birlikdə uşaq evini ziyarət edib. Yəni uşaqlarla görüşə aparmaq üçün başqa adam tapılmadımı?”.

Məhkəmədən gözləntiləri barədə danışan Murazi qeyd edib ki, Paşinyan hakimiyyəti dövründə ədalətin bərqərar olacağına dair heç bir illüziyası yoxdur. Buna baxmayaraq, onun fikrincə, bu, sonadək gedilməli olan bir yoldur.

Murazi həmçinin Anna Akopyandan mənəvi ziyana görə 2 milyon dram təzminat tələb etdiyini bildirib:

“Mənim üçün bu pulla nə edəcəyim vacibdir. Qərara gəlmişəm ki, Ermənistanda – şərəfsizliyin, rüsvayçılığın və Vətənə xəyanətin simvolu olacaq bir abidə ucaldılmalıdır – Anna Akopyan və Nikol Paşinyanın obrazında. Artıq abidə üzərindəki yazının təqribi mətni də hazırdır. Onlar erməni cəmiyyəti qarşısında diz çökən vəziyyətdə təsvir olunmalıdır.

Əlbəttə, iki milyon kifayət etməyəcək, amma mən abidənin xərclərinin 10 faizini öz cibimdən ödəməyə və ictimaiyyətə müraciət etməyə hazıram. Bu abidə şəxslərdən daha çox – xəyanət hadisəsinin özünə həsr olunacaq,” – deyə Murazi fikrini tamamlayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəkərli diabetdən əziyyət çəkən uşaqlara pulsuz qlükoz sensor cihazları təqdim olundu - FOTO

Şəkərli diabetdən əziyyət çəkən uşaqlara pulsuz qlükoz sensor cihazları təqdim olundu - FOTO

“Neftçi” fransalı futbolçu ilə yollarını AYIRDI

“Neftçi” fransalı futbolçu ilə yollarını AYIRDI

Bu aromatik bitki 30 dəqiqədən az vaxtda yuxuya getməyə kömək edir

Bu aromatik bitki 30 dəqiqədən az vaxtda yuxuya getməyə kömək edir

RƏSMİ: Mahir Emreli “Kayzerslautern”də

RƏSMİ: Mahir Emreli “Kayzerslautern”də

Qadına qeyri-etik hərəkət edən taksi sürücüsü SAXLANILDI

Qadına qeyri-etik hərəkət edən taksi sürücüsü SAXLANILDI

"Pulum yox idi, 1800 manat qabağa düşdüm"

"Pulum yox idi, 1800 manat qabağa düşdüm"

Neymar Santosda QALACAQ

Neymar Santosda QALACAQ

Babək rayonunun bir sıra kəndlərində qaz olmayacaq

Babək rayonunun bir sıra kəndlərində qaz olmayacaq

Canlı yayımda Xalq artistinin səhhəti PİSLƏŞDİ - VİDEO

Canlı yayımda Xalq artistinin səhhəti PİSLƏŞDİ - VİDEO

Ödənişli yoldakı qəzada həyatını itirən şəxsin kimliyi BİLİNDİ

Ödənişli yoldakı qəzada həyatını itirən şəxsin kimliyi BİLİNDİ

“Sabah”ın rəqibi xorvatiyalı qapıçı TRANSFER ETDİ

“Sabah”ın rəqibi xorvatiyalı qapıçı TRANSFER ETDİ

Ceyranbatanda küçə iti nənə və nəvəyə hücum etdi - ANBAAN VİDEO

Ceyranbatanda küçə iti nənə və nəvəyə hücum etdi - ANBAAN VİDEO

Netanyahu: “İsrail İranla müharibədə tarixi qələbə qazandı”

Netanyahu: “İsrail İranla müharibədə tarixi qələbə qazandı”

Təranənin qızı efirdə AĞLADI - VİDEO

Təranənin qızı efirdə AĞLADI - VİDEO

Dünya Kuboku Azərbaycanda KEÇİRİLƏCƏK

Dünya Kuboku Azərbaycanda KEÇİRİLƏCƏK

Yüksək təzyiqi olanlar YESİN! - İnanılmaz faydaları var

Yüksək təzyiqi olanlar YESİN! - İnanılmaz faydaları var

Bakı-Quba yolunda QƏZA: Sürücü öldü

Bakı-Quba yolunda QƏZA: Sürücü öldü

Ozobiç “Neftçi”dən niyə gedib?

Ozobiç “Neftçi”dən niyə gedib?

İran hava məkanını AÇDI

İran hava məkanını AÇDI

Öz-özünə polkovnik rütbəsi veribmiş - Eks-rəisə 10 il həbs!

Öz-özünə polkovnik rütbəsi veribmiş - Eks-rəisə 10 il həbs!

İran ABŞ və İsrail üzərində "qələbə"sini qeyd edir - VİDEO

İran ABŞ və İsrail üzərində "qələbə"sini qeyd edir - VİDEO

“Azərreyl” kubalı oyunçu TRANSFER ETDİ

“Azərreyl” kubalı oyunçu TRANSFER ETDİ

DİQQƏT: Üç rayonda qaz olmayacaq

DİQQƏT: Üç rayonda qaz olmayacaq

Qusarda İctimai Şuraya seçkilər keçirildi - FOTO

Qusarda İctimai Şuraya seçkilər keçirildi - FOTO

End of content

No more pages to load

RADİO