Vaxtilə işğal olunmuş ərazilərimizdə qanunsuz məskunlaşma ilə bağlı yeni faktlar açıqlandı - FOTO

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyunun 21-də davam etdirilib.

Bizim.Media xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
 

İclasa təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar qatılıblar.


Məhkəmə iclasında 2007-2020-ci illərdə Azərbaycanın vaxtilə Ermənistan işğalı altında olan ərazilərində yaradılmış qondarma qurumun “rəhbəri” olmuş Bako Sahakyana növbəti suallar ünvanlanıb. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran B.Sahakyan vaxtilə “Hayastan” ümumerməni fondunun (həmin fond 1992-ci ildə Ermənistan prezidenti Levon Ter-Petrosyanın fərmanı ilə yaradılıb – red.) üzvlərindən biri olduğunu təsdiqləyib.

O, Ermənistan hakimiyyətinin nümayəndələrinin, qondarma qurumun “rəhbərləri”nin fondun üzvü olduqlarını söyləyib.

Təqsirləndirilən şəxs fonda dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərin, habelə Ermənistan vətəndaşı olan biznesmenlərin ianələr etdiklərini diqqətə çatdırıb. “Avropa ərazisində radio, Amerikada isə hər il televiziya vasitəsilə tədbirlər keçirilirdi. Bu tədbirlər zamanı vəsaitlər toplanırdı”, - deyə o əlavə edib.

B.Sahakyan bildirib ki, fonda yığılan vəsaitlərin bir hissəsi Ermənistanda, bir hissəsi isə qondarma rejimdə müxtəlif işlərin görülməsinə (infrastruktur, səhiyyə, təhsil) sərf olunub. O, fondun gördüyü işlərdən birini də açıqlayıb. Bildirib ki, fondun vəsaiti hesabına Ermənistandan Xankəndiyə iki yol çəkilib. Bunlar İrəvan-Gorus-Xankəndi və İrəvan-Basarkeçər-Xankəndi magistral yollarıdır.

Prokurorun sualını cavablandıran B.Sahakyan Ermənistandan verilən hərbi texnikaların həmin magistral yollarla Azərbaycanın vaxtilə işğal altında olan ərazilərinə gətirildiyini də təsdiqləyib. Bildirilib ki, fondun vəsaitlərinin bir hissəsi isə Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində qanunsuz məskunlaşmaya sərf edilib.
 

Məhkəmə prosesinin davamında Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma aparılması sübuta yetirilib.


Eyni zamanda, vaxtilə işğal altında olmuş ərazilərdə qanunsuz məskunlaşma aparılmasına dair bir sıra sənədlər, o cümlədən Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən, Xarici Kəşfiyyat Xidmətindən və Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olan və istintaq materiallarına əlavə edilmiş sənədlər tədqiq edilib.

Sənədlərlə əksəriyyəti Suriya və Livan, habelə bəzi digər ölkələrin vətəndaşlarının Azərbaycanın vaxtilə işğalda olan ərazilərində qanunsuz şəkildə məskunlaşdırıldığı təsdiqlənib. Bu ərazilərə Azərbaycanın Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı rayonları və digər yerlər daxildir. Məhkəmədə qanunsuz məskunlaşmış şəxslərin Suriya, Livan və digər ölkələrdə anadan olmalarını sübuta yetirən pasportların surətləri də nümayiş etdirilib.

Ermənilər tərəfindən hazırlanmış və məhkəmədə tədqiq edilən videomaterialda danışan şəxs aşpaz olduğunu, Beyrutdan gəldiyini bildirərək deyib: “Mən Beyrutdan gəlmişəm. Ermənistan vasitəsilə Qarabağa gəldim. Adım Toni Hacardır. Gəldim və gördüm ki, bura çox yaxşıdır. Bizə ev verdilər. Burada işləmək üçün kifayət qədər imkan var”.

Digər videomaterialda Şuşa “icra hakimiyyətinin nümayəndəsi” Elik Harutunyan bildirir ki, yerli “hökumət” (qondarma rejimi nəzərdə tutur – red.) Toni Hacarın ailəsinə müvəqqəti mənzil verib, onların kommunal xərclərini ödəyir. Növbəti günlərdə isə “hökumət” Hacarın ailəsinə ev verəcək.

“Nümayəndə” qeyd edir ki, 10 il həmin orada yaşadıqdan sonra həmin ev onların özəl mülkiyyətinə çevriləcək.

Tədqiq edilən növbəti sənədə əsasən, qondarma rejim 2001-ci ildə qanunsuz məskunlaşdırma planı ilə bağlı 10 illik proqramı təsdiqləyib. Orada qanunsuz məskunlaşdırmanın məqsədləri və coğrafi əraziləri göstərilib. Həmin layihəyə əsasən, 10 min mənzil, 200 məktəb və digər ictimai müəssisələr tikilməli, su xətləri, yollar və digər infrastruktur qurulmalı idi. Qeyd edilib ki, “Tüfəngiyan” fondu Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində 2003-cü ildə fəaliyyətə başlayıb. Layihənin əsas məqsədləri “məskunlaşma və iqtisadi inkişaf” olub. Bu məqsədlə təxminən 4 milyon ABŞ dolları məbləğində sərmayə qoyulub.

B.Sahakyan prokurorun suallarına cavabında Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərinə əsasən Suriya və Livan vətəndaşlarının, habelə digər ölkələrdən bəzi vətəndaşların gətirilərək məskunlaşdırıldığını deyib.
 

B.Sahakyan söyləyib ki, bu işlərlə qondarma qurumun “sosial müdafiə nazirliyi” məşğul olub.


“Əvvəllər “dövlət miqrasiya xidməti” “sosial müdafiə nazirliyi”nin tabeliyində idi. Amma sonradan bu struktur ayrıldı. Bu layihə bizim üçün strateji əhəmiyyətli idi. Çünki Birinci Qarabağ müharibəsindən sonra əhalinin sayı kəskin şəkildə azalmışdı”, - deyə o əlavə edib.

B.Sahakyan daha sonra qeyd edib: “Bu layihələr o qədər də cəlbedici deyildi ki, adamlar canfəşanlıqla gəlsinlər, qəbul etsinlər, bu layihələrə cəlb olsunlar. Adamlar olurdu ki, gəlirdilər, ərazi ilə tanış olurdular və sonra burada qalmamaq (məskunlaşmamaq – red.) barədə qərar verirdilər. Çünki istənilən ailə üçün bu cür qərar verməklə bağlı da müəyyən səbəblər var. İnfrastruktur, səhiyyə təminatı, məktəblər olmalıdır”.

O, qanunsuz məskunlaşdırma üçün gətirilən şəxslərə imtiyazların verildiyini, onlarla bağlı bir sıra təşviqedici hərəkətlər icra olunduğunu da etiraf edib. Bu sıraya müxtəlif kompensasiyalar, vergi güzəştləri və s. daxil idi.

Təqsirləndirilən şəxsin sözlərinə görə, qondarma rejimin ərazisində elə yerlər olub ki, bir kvadratkilometrdə bir nəfər yaşayıb. O, layihənin uğurla başa çatmadığını da bildirib. Əlavə edib ki, əhalinin sayını 200 minə çatdırmaq istəsələr də, bu mümkün olmayıb.
B.Sahakyan Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində ağacların kəsildiyini də təsdiqləyib və deyib: “Meşələrin kəsilməsinin harada aparılmasına ehtiyac yaranırdısa, bu, yalnız aidiyyəti “nazirliyin məsul şəxslərinin icazəsi” ilə həyata keçirilə bilərdi. Amma konkret ağac növü də deyə bilmərəm”.

O, ağacların ixtisaslaşmış şirkətlər tərəfindən şərabçılıq şirkətlərinə satılmaq üçün kəsildiyini də etiraf edib: “Müxtəlif ölçüdə çəlləklər hazırlayırdılar”.

B.Sahakyanın sözlərinə görə, kəsilmiş ağacların bir hissəsi qondarma rejimdə istifadə edilib, bir hissəsi isə istifadə üçün Ermənistana göndərilib.

Məhkəmə prosesi iyunun 23-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Beşiktaş” Çexiya millisinin üzvünü transfer etdi

“Beşiktaş” Çexiya millisinin üzvünü transfer etdi

Azərbaycanda rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi keçirildi

Azərbaycanda rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi keçirildi

“Turan Tovuz”un hazırlıq planı bəlli oldu

“Turan Tovuz”un hazırlıq planı bəlli oldu

İyulun bəxtəvər bürcləri - pula pul deməyəcəklər

İyulun bəxtəvər bürcləri - pula pul deməyəcəklər

Daha bir rayonda yasda ehsan verilməsi ləğv edildi

Daha bir rayonda yasda ehsan verilməsi ləğv edildi

XƏBƏRDARLIQ: Azərbaycanda leysan yağacaq, dolu düşəcək

XƏBƏRDARLIQ: Azərbaycanda leysan yağacaq, dolu düşəcək

İstirahət mərkəzinin müdirini bu şəxs bıçaqlayıb - TUTULDU

İstirahət mərkəzinin müdirini bu şəxs bıçaqlayıb - TUTULDU

Türkiyədə meşə yanğını törədən 17 nəfər TUTULDU

Türkiyədə meşə yanğını törədən 17 nəfər TUTULDU

Abşeron çimərliklərində DƏNİZ SUYUNUN temperaturu

Abşeron çimərliklərində DƏNİZ SUYUNUN temperaturu

Azərbaycan dili fənni üzrə imtahan keçirildi - CAVABLAR sabah bəlli olacaq

Azərbaycan dili fənni üzrə imtahan keçirildi - CAVABLAR sabah bəlli olacaq

"Rusiyada Putinin liderliyi ilə şovinizm siyasəti daha sərt hal alıb" - VİDEO

"Rusiyada Putinin liderliyi ilə şovinizm siyasəti daha sərt hal alıb" - VİDEO

Yekaterinburq məhkəməsi daha bir azərbaycanlını HƏBS ETDİ

Yekaterinburq məhkəməsi daha bir azərbaycanlını HƏBS ETDİ

“Kəpəz” daha 3 legionerlə yollarını ayırdı

“Kəpəz” daha 3 legionerlə yollarını ayırdı

ATXƏM-in sədrindən Yekaterinburq hadisələrinə sərt REAKSİYA: “Günahkarlar cəzalandırılmalıdır”

ATXƏM-in sədrindən Yekaterinburq hadisələrinə sərt REAKSİYA: “Günahkarlar cəzalandırılmalıdır”

Naxçıvanda qəzada ölən və xəsarət alanların kimliyi AÇIQLANDI

Naxçıvanda qəzada ölən və xəsarət alanların kimliyi AÇIQLANDI

Həftənin ilk iş günü üçün hava PROQNOZU

Həftənin ilk iş günü üçün hava PROQNOZU

Zəlzələsi zamanı Türkiyəyə yardım edən Hacı Allahverdi Ağayev HƏYATINI İTİRDİ

Zəlzələsi zamanı Türkiyəyə yardım edən Hacı Allahverdi Ağayev HƏYATINI İTİRDİ

Lənkəranda istirahət mərkəzinin müdiri BIÇAQLANDI

Lənkəranda istirahət mərkəzinin müdiri BIÇAQLANDI

Bir ildə 64 məktəb bağlanıb - Ekspertlərdən HƏYƏCAN TƏBİLİ

Bir ildə 64 məktəb bağlanıb - Ekspertlərdən HƏYƏCAN TƏBİLİ

Yekaterinburqda məhkəmə zalına daha bir azərbaycanlı GƏTİRİLDİ

Yekaterinburqda məhkəmə zalına daha bir azərbaycanlı GƏTİRİLDİ

Rusiyanın Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri LƏĞV EDİLDİ

Rusiyanın Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri LƏĞV EDİLDİ

İngiltərə millisi gənclər arasında Avropa çempionu oldu - VİDEO

İngiltərə millisi gənclər arasında Avropa çempionu oldu - VİDEO

Yekaterinburqda saxlanılan azərbaycanlılardan biri HƏBS EDİLDİ - FOTO

Yekaterinburqda saxlanılan azərbaycanlılardan biri HƏBS EDİLDİ - FOTO

Ən yaxşı həyat yoldaşı olacaq BÜRCLƏR: Onlar sizi aldatmayacaqlar və...

Ən yaxşı həyat yoldaşı olacaq BÜRCLƏR: Onlar sizi aldatmayacaqlar və...

End of content

No more pages to load

RADİO