Ermənistan Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfərə yola düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Bildirilib ki, bu, Paşinyanın Türkiyəyə ilk işgüzar səfəridir. Məlumata əsasən, bu gün İstanbulda Ermənistanın Baş naziri ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş planlaşdırılır.
Qeyd edək ki, o, sonuncu dəfə 2023-cü ilin iyununda Türkiyədə səfərdə olub.
Bizim.Media