Ermənistanın ən böyük silahlı birləşməsinin ölkəmizi atəşə tutmasına dair məxfi əmri TƏDQİQ EDİLDİ

İyunun 19-da Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələrinin ən böyük silahlı birləşməsinin - qondarma rejimin “ordusunun qərargah rəisinin müavini” Kamo Vardanyanın imzaladığı məxfi sənəd tədqiq edilib.

Bizim.Media xəbər verir ki, 2020-ci il sentyabrın 25-də imzalanmış 0671 saylı sənəd “Rəqibin yaşayış məntəqələrinin atəşlə məhv edilməsinin qəbul edilməsi haqqında” əmr adlanır.
 

Sənədlə, birləşmələrin və hərbi hissələrin komandirlərinə 2020-ci il sentyabrın 28-dək sənədə əlavə olunmuş siyahıda göstərilən yaşayış məntəqələrinin atəşlə məhv edilməyə qəbul olunmasının təmin edilməsi əmr edilib. Əmr edilir ki, atəş üçün mövqelər hesablansın və döyüş tətbiqinə dair sənədlər tam şəkildə tərtib olunub doldurulsun.


Sənədlə əmr olunur ki, artilleriya hərbi hissələrində 40 kilometr məsafədə vura bilən raketlərlə atəş açmaq üçün konkret M-21 stansiyası ayrılsın: “Bu stansiya üçün nəzərdə tutulmuş 80 raketdən 40-ı daimi döyüş vəziyyətində maşınlarda saxlanılsın. Qalan 40 raket isə döyüş mövqeyinə çıxmazdan əvvəl yüklənsin”.

Əmrin icrasına nəzarət “ordunun artilleriya üzrə komandirinin müavininə” tapşırılıb.

Əmrə “atəşlə məhv edilməyə məruz qalacaq yaşayış məntəqələrinin siyahısı” da əlavə olunub. Siyahıda Azərbaycanın 70-dək yaşayış məntəqəsinin, o cümlədən Gəncə, Mingəçevir, Naftalan şəhərlərinin, Beyləqan, Ağcabədi, Yevlax, Bərdə rayonlarının və kəndlərinin adları yer alıb.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi iyunun 20-də davam etdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kundenin gələcəyi ilə bağlı planı bilindi

Kundenin gələcəyi ilə bağlı planı bilindi

Fit görünmək uğrunda ölüm riski – Mütəxəssisdən XƏBƏRDARLIQ

Fit görünmək uğrunda ölüm riski – Mütəxəssisdən XƏBƏRDARLIQ

İtaliya klubunun baş məşqçisi MƏLUM OLDU

İtaliya klubunun baş məşqçisi MƏLUM OLDU

Beyninə qan sızan aktyordan YAZDI: “Dualarımız səninlədir” - FOTO

Beyninə qan sızan aktyordan YAZDI: “Dualarımız səninlədir” - FOTO

Almaniya səfiri İran XİN-ə ÇAĞIRILDI

Almaniya səfiri İran XİN-ə ÇAĞIRILDI

Yasamalda çoxmərtəbəli binada yanğın OLDU - VİDEO

Yasamalda çoxmərtəbəli binada yanğın OLDU - VİDEO

SEPAH-a yeni kəşfiyyat rəhbəri TƏYİN OLUNDU

SEPAH-a yeni kəşfiyyat rəhbəri TƏYİN OLUNDU

Dünya çempionatı: “Palmeyras”dan inamlı qələbə - VİDEO

Dünya çempionatı: “Palmeyras”dan inamlı qələbə - VİDEO

Prezidentlər Maraş dondurmasının dadına baxdılar - FOTO/VİDEO

Prezidentlər Maraş dondurmasının dadına baxdılar - FOTO/VİDEO

Leninqradın vitse-qubernatoru evində ölü tapıldı

Leninqradın vitse-qubernatoru evində ölü tapıldı

Edin Dzeko “Fiorentina”da

Edin Dzeko “Fiorentina”da

Dilarə Əliyevanın aktyor qardaşı reanimasiyaya yerləşdirildi - FOTO

Dilarə Əliyevanın aktyor qardaşı reanimasiyaya yerləşdirildi - FOTO

Məzuniyyət gözləyənlərin NƏZƏRİNƏ: Ən azı 3 həftə…

Məzuniyyət gözləyənlərin NƏZƏRİNƏ: Ən azı 3 həftə…

İlham Əliyevin Türkiyə səfərindən görüntülər - VİDEO

İlham Əliyevin Türkiyə səfərindən görüntülər - VİDEO

Cüdoçularımız dünya çempionatını 3 bürünc medalla BAŞA VURDULAR

Cüdoçularımız dünya çempionatını 3 bürünc medalla BAŞA VURDULAR

Ayseldən ETİRAF: “Gözəllik salonunda işləmişəm, yer süpürmüşəm” - VİDEO

Ayseldən ETİRAF: “Gözəllik salonunda işləmişəm, yer süpürmüşəm” - VİDEO

Peskov: “Moskva ABŞ-ın İrana zərbəsini yanlış hesab edəcək”

Peskov: “Moskva ABŞ-ın İrana zərbəsini yanlış hesab edəcək”

İlham Əliyev zəlzələdən zərər çəkən ailələrə yeni mənzillərinin açarlarını TƏQDİM ETDİ - VİDEO

İlham Əliyev zəlzələdən zərər çəkən ailələrə yeni mənzillərinin açarlarını TƏQDİM ETDİ - VİDEO

Harutyunyan və digərləri yenidən MƏHKƏMƏ QARŞISINDA - FOTO

Harutyunyan və digərləri yenidən MƏHKƏMƏ QARŞISINDA - FOTO

Fransalı baş nazirin başına iş gəldi, ölkədə gümdəm oldu - VİDEO

Fransalı baş nazirin başına iş gəldi, ölkədə gümdəm oldu - VİDEO

Ceyhun Kazımov yüksək vəzifəyə TƏYİN OLUNDU

Ceyhun Kazımov yüksək vəzifəyə TƏYİN OLUNDU

Aysunun eks-ərinin xanımı toyundan FOTOLAR paylaşdı

Aysunun eks-ərinin xanımı toyundan FOTOLAR paylaşdı

Millimiz Moldovaya QALİB GƏLDİ

Millimiz Moldovaya QALİB GƏLDİ

13 yaşlı oğlan Qarabağ kanalında BATDI

13 yaşlı oğlan Qarabağ kanalında BATDI

End of content

No more pages to load

RADİO