Paşinyan-kilsə qarşıdurması PİK HƏDDƏ – Ermənistan daxili toqquşmalara SÜRÜKLƏNİR...

Son günlər Ermənistanın baş naziri Nikol Paşinyanla Erməni Qriqoryan Kilsəsinin rəhbəri II Qaregin arasında münasibətlər yenidən gərginləşib. Erməni Baş nazir  Kilsənin rəhbəri İkinci Qaregini vəzifədən getməyə və "kilsəni xalqa qaytarmağa" çağırıb.

Kilsə isə Paşinyanı Ermənistan dövləti və xalqının birliyini pozmaqda günahlandırıb. Beləcə söz savaşı artıq pik həddə çatıb.

"II Qaregin verdiyi subaylıq əhdini pozub və onun övladı var. Bu, faktdır və əgər II Qaregin bunu inkar etməyə çalışsa, mən bunu lazımi formatda sübut edərəm" – deyə Paşinyan özünün sosial şəbəkə səhifəsində yazıb.

II Qaregin Paşinyanla niyə yola getmir?

Nəzərə alaq ki, Paşinyanla Qaregin arasında münasibətlər Nikolun iqtidara gəldiyi ilk gündən pozulub. Belə ki, 2018-ci ilin yazında Paşinyan hakimiyyətə gələndə Erməni Qriqoryan Kilsəsinin fəaliyyətinin təftiş ediləcəyini söyləmişdi. Bu isə Kilsə rəhbərliyinin heç də xoşuna gəlməmişdi. Beləcə tərəflər arasında soyuq müharibə başlamışdı.

44 günlük müharibədən sonra da II Qaregin Paşinyanı sərt tənqid edərək məğlubiyyətin tək səbəbkarı kimi onu göstərmişdi. Bunun ardınca 2021-ci ildə Paşinyan elan etmişdi ki, dövlətin Kilsəyə yardımı dayandırılacaq. Əks təqdirdə verilən yardımın auditi aparılacaq.

Bundan sonra bir müddət tərəflər arasında müvəqqəti “atəşkəs” yarandı. Amma bu çox uzun sürmədi. Çünki ultramillətçiləri dəstəkləyən erməni kilsəsi hər vəchlə Paşinyanın devrilməsinə çalışdı. Bunun üçün hətta bəzi keşişlər prosesə cəlb olundu. Ötən il keşiş Baqratın timsalında Paşinyana qarşı hərəkat başlanıldı. Bu hərəkat iflas etsə də, II Qaregin öz niyyətindən əl çəkmədi. Bu dəfə isə daha bir keşişi - Ktritç Nersisyanı önə sürdü.

Kilsənin əsl siması

Nəzərə alaq ki, bu keşiş eks-prezident Robert Köçəryana yaxınlığı ilə tanınır. Bu da təsadüfi deyil. Çünki erməni kilsəsi hər zaman ultramillətçiləri dəstəkləyib. Vaxtilə Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyanın hakimiyyəti dönəmində kilsə hakimiyyətlə çox yaxşı anlaşırdı. Bu da səbəbsiz deyildi. Ona görə ki, erməni kilsəsi bir qayda olarq terroru dəstəkləyib. Bundansa ən çox zərər görən Azərbaycan xalqı olub. Təsadüfi deyil ki, XX əsrdə Qərbi Azərbaycandan soydaşlarımızın deportasiya edilməsinin bir qayda olaraq ideya müəllifi və ideoloji rəhbəri erməni kilsəsi olub. Birinci Qarabağ savaşında xalqımıza qarşı törədilən soyqırımların, məscidlərin və mədəni tarixi abidələrimizin məhv edilməsinin ilhamvericisi məhz erməni kilsəsi idi.

Erməni kilsəsinin terroru dəstəkləməsi barədə beynəlxalq mediada da kifayət qədər məlumatlar dərc olunub. Məsələn, Amerika tədqiqatçısı Samuel Uimz "Ermənistan – terrorçu "xristian" ölkənin gizlinləri" əsərində yazır:

“XX əsrin lap əvvəllərindən erməni kilsəsi ilə terrorçu siyasi hərəkatın birləşməsi bu gün də davam edir. Erməni kilsəsi üsyanları planlaşdıran və həyata keçirən terrorçuların qərargahı kimi fəaliyyət göstərir, terrorçular üsyan əmrini almaq üçün kilsə xadimlərinin qərarını gözləyir”.

Uimzin qeyd etdiyi kimi erməni kilsəsi təkcə terroru dəstəkləmir, həm də üsyanlar təşkil edir. Necə ki, bu gün II Qaregin Paşinyana qarşı açıq müharibə elan edib. Bu müharibə planına dövlət çevrilişi, üsyan və hətta Paşinyanın fiziki cəhətdən məhvi də daxildir.

Lakin Paşinyanın sosial bazası daha güclü olduğu üçün nə II Qareginin təxribatları, nə də ultramillətçilərin cəhdləri hakimiyyət çevrilişinə imkan verir. Paşinyan da nisbi üstünlüyündən istifadə edərək II Qaregini “islah etmək” istəyir. Bunun üçün Ermənistan Baş naziri hətta Konstitusiyaya müəyyən dəyişikliklərə belə hazırlaşır.

Dövlət içində dövlət

Ermənistan Konstitusiyasına görə, Erməni Apostol Kilsəsi ilə dövlət faktiki olaraq bərabərhüquqlu tərəfdaşlar hesab edilir. Nəticədə, Kilsə böyük imtiyazlar əldə edib, məsuliyyətdən azad olunub və faktiki olaraq “dövlət içində dövlət”ə çevrilib.

Kilsə daxili qərarlarına əsaslanaraq özünü Ermənistan ərazisində hüquqi şəxs elan edir, özəlləşdirmə və kommersiya fəaliyyəti hüququ qazanır, lakin vergi ödəmir və digər qanuni öhdəlikləri yerinə yetirmir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan tanınmış erməni jurnalist Natali Aleksanyan deyib ki, bu vəziyyət parazit kimi Ermənistan dövlətinin bədənində kök salıb:

“Kilsə dövlətin resursları ilə qidalanır, lakin onun inkişafında iştirak etmir. Üstəlik, hakimiyyət Robert Köçəryanın maraqlarına zidd addım atdığı an, bu sistem ölkədə qanunsuz dövlət çevrilişinə cəhd etməyə başlayır. Ktritç Nersisyan və ətrafının bu gün faydalandığı imtiyazlar məhz Robert Köçəryanın və onun komandasının əli ilə konstitusiyada təsbit olunmuşdu. Beləliklə, biz yalnız bir siyasi gücə xidmət edən qapalı hüquqi problemlə qarşı-qarşıyayıq. Mövcud konstitusiya ilə bu problemi aradan qaldırmaq demək olar ki, mümkün deyil”.

Beləcə, Ermənistan hökuməti ilə erməni apostal kilsəsi arasındakı soyuq müharibənin hələlik sonu görünmür. Təbii ki, bu savaş erməni dövlətinin əsaslarını sarsıdır, üstəlik Ermənistanda daxili qarşıdurmaların başlaması ehtimalını artırır. Çünki erməni kilsəsi revanşistləri açıq şəkildə dəstəkləyir və yeni müharibə çağırışları edir.

Amma II Qaregin və onun tərəfdarları mövcud reallıqları düzgün qiymətləndirə bilmir. Çünki növbəti müharibə Ermənistanın dünya coğrafiyasından silinməsi ilə nəticələnə bilər.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Neftçi” Yunanıstan klubu ilə QARŞILAŞACAQ

“Neftçi” Yunanıstan klubu ilə QARŞILAŞACAQ

İsraildə avtobus yaşayış binasına ÇIRPILDI

İsraildə avtobus yaşayış binasına ÇIRPILDI

XƏBƏRDARLIQ: Bu şəxslər barədə sərt tədbirlər görüləcək - VİDEO

XƏBƏRDARLIQ: Bu şəxslər barədə sərt tədbirlər görüləcək - VİDEO

Səhv diaqnoz, uğursuz əməliyyatlar – Həkimlər niyə CƏZASIZ qalır?

Səhv diaqnoz, uğursuz əməliyyatlar – Həkimlər niyə CƏZASIZ qalır?

Azər Qasımlı yenidən HAKİM QARŞISINDA

Azər Qasımlı yenidən HAKİM QARŞISINDA

Bakıdakı UFC yarışını yayımlayacaq kanal BƏLLİ OLDU

Bakıdakı UFC yarışını yayımlayacaq kanal BƏLLİ OLDU

Aysel əri ilə hovuzdan PAYLAŞIM ETDİ - VİDEO

Aysel əri ilə hovuzdan PAYLAŞIM ETDİ - VİDEO

Həmişə bir addım İRƏLİDƏ: Risk etməkdən qorxmayan 3 bürc

Həmişə bir addım İRƏLİDƏ: Risk etməkdən qorxmayan 3 bürc

“Müdafiə haqqında” qanuna dəyişiklik edilə bilər

“Müdafiə haqqında” qanuna dəyişiklik edilə bilər

“Fənərbağça”nın prezidenti “Qarabağ”ın qonağı olub - FOTO

“Fənərbağça”nın prezidenti “Qarabağ”ın qonağı olub - FOTO

Xaçmaza niyə Ağcabədi və Beyləqandan qoyun GƏTİRİLİR? – VİDEO

Xaçmaza niyə Ağcabədi və Beyləqandan qoyun GƏTİRİLİR? – VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin növbədənkənar sessiyasının iclasının gündəliyi AÇIQLANDI

Məhkəmə dövlətə xəyanətdə ittiham olunan gəmi kapitanı barəsində QƏRAR VERDİ

Məhkəmə dövlətə xəyanətdə ittiham olunan gəmi kapitanı barəsində QƏRAR VERDİ

Qusar poçtu ilə bağlı QALMAQAL böyüyür - Gizli oxunan məktublarla bağlı YENİ FAKTLAR

Qusar poçtu ilə bağlı QALMAQAL böyüyür - Gizli oxunan məktublarla bağlı YENİ FAKTLAR

Ermənistan Solovyova görə Rusiyaya NOTA VERDİ

Ermənistan Solovyova görə Rusiyaya NOTA VERDİ

Qatarların qrafikində DƏYİŞİKLİK EDİLİR

Qatarların qrafikində DƏYİŞİKLİK EDİLİR

RƏSMİ: Bu futbolçular “Araz Naxçıvan”dan AYRILDI - FOTO

RƏSMİ: Bu futbolçular “Araz Naxçıvan”dan AYRILDI - FOTO

Siyavuş Kərimiyə xaricdən gözlənilməz TƏKLİF – Xalq artisti Azərbaycandan gedə bilər – VİDEOMÜSAHİBƏ

Siyavuş Kərimiyə xaricdən gözlənilməz TƏKLİF – Xalq artisti Azərbaycandan gedə bilər – VİDEOMÜSAHİBƏ

Təl-Əvivdə küçələrə Trampın fotosu ASILDI: “Cənab prezident, bu işi bitir!"

Təl-Əvivdə küçələrə Trampın fotosu ASILDI: “Cənab prezident, bu işi bitir!"

Bu işdə çalışan şəxslərin pensiya yaşı ARTIRILIR

Bu işdə çalışan şəxslərin pensiya yaşı ARTIRILIR

DİN küçə ticarəti ilə bağlı vətəndaşlara MÜRACİƏT ETDİ - FOTO

DİN küçə ticarəti ilə bağlı vətəndaşlara MÜRACİƏT ETDİ - FOTO

Cəlilabadda gənc oğlan İTKİN DÜŞÜB - FOTO

Cəlilabadda gənc oğlan İTKİN DÜŞÜB - FOTO

Bakıda yaxın qohumunu güllələyərək qətlə yetirən şəxslərə HÖKM OXUNDU

Bakıda yaxın qohumunu güllələyərək qətlə yetirən şəxslərə HÖKM OXUNDU

"Barselona" qapıçı ALDI

"Barselona" qapıçı ALDI

End of content

No more pages to load

RADİO