Ermənistanın Kotayk vilayətinin Kasax kəndinin sakinləri gediş haqqının 150 dramdan 200 dramadək (təqribən 0.4 dollardan 0.5 dollarədək) artırılmasına və avtobus marşrutlarının azaldılmasına etiraz əlaməti olaraq Əştərək-İrəvan şəhərlərarası avtomobil yolunu bağlayıblar.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, polis əməkdaşları və xüsusi təyinatlılar yolu açmaqdan ötrü nümayişçilərə qarşı güc tətbiq ediblər.
Bildirilir ki, tərəflər arasında baş vermis qarşıdurmada hadisələri işıqlandıran bir qadın jurnalist xəsarət alıb.
Polis kəndə giriş-çıxışı bağlayıb. Polisin tələblərinə tabe olmayan 11 vətəndaş saxlanılıb.
Bizim.Media