“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli

"Dünyada fəaliyyət göstərən bütün beynəlxalq təşkilatlara uzun illərdir bəllidir ki, Rusiyada jurnalistika demokratik cəmiyyətlərdəki kimi azad və obyektiv rolunu yerinə yetirə bilmir.

Dövlətin sərt nəzarəti, senzura, həbslər və informasiya məhdudiyyətləri müstəqil medianı tamamilə sıradan çıxarıb. Bu baxımdan da Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan, jurnalistikadan, obyektivlikdən və söz azadlığından danışmağa mənəvi haqqı yoxdur”.

Bizim.Media xəbər verir ki, bu sözləri report-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli deyib.

O Rusiya Jurnalistlər İttifaqının "Sputnik Azərbaycan” agentliyinin əməkdaşlarının həbsi ilə bağlı beynəlxalq təşkilatlara, jurnalist və hüquq müdafiəsi assosiasiyalarına ünvanlanan məktubuna münasibət bildirərkən deyib:

"Rusiya Jurnalistlər İttifaqı (RJİ) "Sputnik Azərbaycan”ın saxlanılmış əməkdaşlarını "jurnalist” statusu ilə müdafiə etməyə cəhd göstərməklə həm peşə etikasını pozur, həm də özünün uzun illər ərzində nümayiş etdirdiyi qeyri-obyektiv və siyasi yönümlü mövqeyini bir daha təsdiqləmiş olur.

Beynəlxalq təşkilatlar bilməlidir ki, həmin şəxslər Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FTX) ilə əməkdaşlıq ediblər və jurnalist fəaliyyəti ilə bağlı olmayan tapşırıqları yerinə yetirmək məqsədilə Azərbaycanda olublar.

Hacıbəy Heydərli qeyd edib ki, onlar jurnalist fəaliyyətinə görə həbs edilməyiblər:

"Bu, onların adi jurnalist kimi deyil, siyasi və kəşfiyyat xarakterli fəaliyyətlə məşğul olmalarını ortaya qoyur.

Belə hallarda həmin şəxslərin saxlanılması hüquqi baxımdan tam əsaslandırılmış və mövcud qanunvericiliyə uyğun addımdır. Beynəlxalq standartlara görə də, əgər hər hansı şəxsin xarici xüsusi xidmət orqanları ilə əlaqəsi sübuta yetirilərsə, bu, onun ölkənin milli təhlükəsizliyinə təhlükə törətməsi kimi qiymətləndirilir və müvafiq tədbirlər görülür”.

MŞ İdarə Heyətinin üzvü Rusiya Jurnalistlər İttifaqının Rusiyada jurnalist təqiblərinə səs qaldığını bildirib:

"Hazırda Rusiyada ən təhlükəli peşələrdən biri, bəlkə də birincisi jurnalistikadır. Son illərdə bu ölkədə xeyli jurnalist ya qətlə yetirilib, ya həbs edilib, ya da sürgünə göndərilib. Dünyada Rusiya qədər jurnalistlərə basqı edən, təqibə məruz qoyan barmaqla sayılacaq qədər az ölkə var.

Rusiya Jurnalistlər İttifaqı isə bütün bu neqativ olaylara, jurnalistikanın boğulmasına, tanınmış jurnalistlərin qətllərinə səssiz qalıb və prinsipial mövqeyi nümayiş etdirməyib. Onun fəaliyyəti formal, ehtiyatlı və çox zaman rejimlə uzlaşan bir xarakter daşıyıb. Bu səbəbdən Rusiya daxilində və xaricində yaşayan müstəqil jurnalistlər, beynəlxalq təşkilatlar Rusiya Jurnalistlər İttifaqını etibarlı müdafiə platforması və etibarlı jurnalist təşkilatı kimi görmürlər. RJİ sadəcə hakimiyyətin dediyini edən təbliğatçı bir qurumdur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Finlandiya Ukrayna üçün silah almaqdan imtina etdi

Finlandiya Ukrayna üçün silah almaqdan imtina etdi

Kolumbiya prezidenti Perunu ittiham etdi: Ərazimizi mənimsəyib

Kolumbiya prezidenti Perunu ittiham etdi: Ərazimizi mənimsəyib

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı: Cəbhədə vəziyyət ağırdır

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı: Cəbhədə vəziyyət ağırdır

Britaniya kəşfiyyatı: Rusiya Ukraynada 1 milyondan çox itki verib

Britaniya kəşfiyyatı: Rusiya Ukraynada 1 milyondan çox itki verib

Çempionlar Liqası: “Şkendiya” – “Qarabağ” oyunu başladı - CANLI YAYIM

Çempionlar Liqası: “Şkendiya” – “Qarabağ” oyunu başladı - CANLI YAYIM

5 ukraynalı Gürcüstan-Rusiya sərhədində aclıq aksiyasına başladı

5 ukraynalı Gürcüstan-Rusiya sərhədində aclıq aksiyasına başladı

İradədən ərinə: “Günün mübarək, cavan oğlan” - FOTO

İradədən ərinə: “Günün mübarək, cavan oğlan” - FOTO

Ən yaxşı oyunçuya 55 kiloqram kartof verildi

Ən yaxşı oyunçuya 55 kiloqram kartof verildi

İranda QALMAQAL: İranın sabiq kəşfiyyat nazirinin oğlu İsraili dəstəkləyib? - FOTO

İranda QALMAQAL: İranın sabiq kəşfiyyat nazirinin oğlu İsraili dəstəkləyib? - FOTO

Rusiya Ukrayna ilə qismən atəşkəs elan edəcək? - DETALLAR

Rusiya Ukrayna ilə qismən atəşkəs elan edəcək? - DETALLAR

Kadırov sağlam olduğunu açıqladı - VİDEO

Kadırov sağlam olduğunu açıqladı - VİDEO

Kamilə Nəbiyeva ana olacaq - FOTO

Kamilə Nəbiyeva ana olacaq - FOTO

Rusiya daha nə qədər Ukrayna ilə müharibə apara bilər?

Rusiya daha nə qədər Ukrayna ilə müharibə apara bilər?

Krım körpüsünü keçənlərə XƏBƏRDARLIQ

Krım körpüsünü keçənlərə XƏBƏRDARLIQ

Çempionlar Liqası: “Şkendiya” və “Qarabağ”ın start heyətləri açıqlandı

Çempionlar Liqası: “Şkendiya” və “Qarabağ”ın start heyətləri açıqlandı

Belarusda hərbi vəziyyət elan olunacaq?

Belarusda hərbi vəziyyət elan olunacaq?

İsrail HƏMAS-a məxsus tuneli məhv etdi

İsrail HƏMAS-a məxsus tuneli məhv etdi

Tramp Ağ Evin damına ÇIXDI

Tramp Ağ Evin damına ÇIXDI

Türkiyə və Suriya arasında mühüm RAZILAŞMALAR

Türkiyə və Suriya arasında mühüm RAZILAŞMALAR

İon İliesku vəfat etdi

İon İliesku vəfat etdi

Cennifer Lopez İstanbulda butikə buraxılmadı – FOTO

Cennifer Lopez İstanbulda butikə buraxılmadı – FOTO

Lukaşenkonun oğlu mobil cihazların kodlarının qeydiyyatını ələ keçirir

Lukaşenkonun oğlu mobil cihazların kodlarının qeydiyyatını ələ keçirir

Qəbələdə çoban qayadan yıxıldı

Qəbələdə çoban qayadan yıxıldı

Bu ölkə 100-ə yaxın rusiyalını deportasiya etdi

Bu ölkə 100-ə yaxın rusiyalını deportasiya etdi

End of content

No more pages to load

RADİO