Qadın sünnəti: 27 milyon qız TƏHLÜKƏDƏDİR

BMT-nin Əhali Fondu (UNFPA) və Uşaq Fondu (UNICEF) qadın sünnəti ilə bağlı 2024-cü il üzrə illik hesabatını açıqlayıb.

Bizim.Media xəbər verir ki, sənədə əsasən, bu günə qədər dünyada 230 milyondan çox qadın və qız sünnət edilib.

Təşkilatlar xəbərdarlıq edir ki, əgər bu istiqamətdə mübarizə sürətlənməzsə, 2030-cu ilə qədər daha 27 milyon qız qadın sünnəti riski ilə üz-üzə qalacaq.

“Qadın sünnəti sadəcə sağlamlıq problemi deyil, bu, insan hüquqlarının pozulmasıdır”, - hesabatda qeyd olunub.

Ən çox sünnət halları Afrikada qeydə alınır

Qadın sünnəti əsasən Afrika və Asiyanın bəzi ölkələrində geniş yayılıb. Qadınların sünnət edilməsi 144 milyonu Afrikada, 80 milyonu Asiyada, 6 milyondan çoxu isə Yaxın Şərqdə olmaqla ümumilikdə 94 ölkədə müşahidə olunur. Somali, Mali və Qvineya kimi ölkələrdə qadınların 90 faizindən çoxu bu zorakılığa məruz qalır.

Hesabatda qeyd edilir ki, bəzi ölkələrdə (Kenya, Efiopiya, Burkina Faso) son 30 ildə qadın sünnətinin yayılma səviyyəsi əhəmiyyətli dərəcədə azalsa da, bir çox ölkədə vəziyyət dəyişməyib. 

Hesabatda Qambiyada qadın sünnətinin qadağan olunmasını ləğv etməyə yönəlmiş təşəbbüsün parlament tərəfindən rədd edildiyi xüsusi qeyd olunub. Bu, yerli qadın təşkilatları və beynəlxalq qurumların uğurlu lobbiçiliyi sayəsində mümkün olub.

Somalidə isə bəzi bölgələrdə hüquqi çərçivə möhkəmlənsə də, ümumi mübarizə hələ də davam edir.

Hesabatda qadın sünnətinə qarşı mübarizədə fəallaşan qadınların hekayələri də yer alıb. Mali Respublikasında yaşayan Koko adlı ana danışır: “Altı yaşlı qızım sünnət zamanı qan itkisindən ölüm ayağında idi. O an başa düşdüm ki, bu, nə mədəniyyət, nə də adət deyil, bu, zorakılıqdır. İndi bu barədə susmuram. İstəyirəm başqa qızlar da xilas olsun”. (modern.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Putin vaxtilə filmlərdə kaskadyorluq edibmiş...

Putin vaxtilə filmlərdə kaskadyorluq edibmiş...

Tatlısəsin qızı Bodrumda maşını polisin üstünə sürdü - FOTO

Tatlısəsin qızı Bodrumda maşını polisin üstünə sürdü - FOTO

SON DƏQİQƏ: Yevlaxda zəlzələ oldu

SON DƏQİQƏ: Yevlaxda zəlzələ oldu

Sərnişin qatarı relsdən çıxdı - Ölən və yaralananlar var - FOTO / VİDEO

Sərnişin qatarı relsdən çıxdı - Ölən və yaralananlar var - FOTO / VİDEO

Sərxoş halda həmyerlisini bıçaqla QƏTLƏ YETİRDİ

Sərxoş halda həmyerlisini bıçaqla QƏTLƏ YETİRDİ

ABŞ Avropa İttifaqı ilə razılığa gəldi - Şotlandiyada VACİB SAZİŞ - VİDEO

ABŞ Avropa İttifaqı ilə razılığa gəldi - Şotlandiyada VACİB SAZİŞ - VİDEO

Çin səddini sökən ər-arvad həbs edildi

Çin səddini sökən ər-arvad həbs edildi

Bakıda dünya ulduzuna görə İZDİHAM - ÖZƏL VİDEO

Bakıda dünya ulduzuna görə İZDİHAM - ÖZƏL VİDEO

Rusiyada bütün paradlar ləğv olundu - Ukrayna dronları...

Rusiyada bütün paradlar ləğv olundu - Ukrayna dronları...

Sumqayıtda 2 nəfər dənizdə batdı - Biri digərinə kömək etmək istəyib

Sumqayıtda 2 nəfər dənizdə batdı - Biri digərinə kömək etmək istəyib

Maşınlar bu tarixdən bahalaşacaq

Maşınlar bu tarixdən bahalaşacaq

Mini ətək geyindiyinə görə işdən qovuldu - FOTO

Mini ətək geyindiyinə görə işdən qovuldu - FOTO

Bilgəhdə dənizdə bir nəfər batdı

Bilgəhdə dənizdə bir nəfər batdı

Ronaldonun komandası daha bir portuqaliyalı ilə anlaşdı

Ronaldonun komandası daha bir portuqaliyalı ilə anlaşdı

Milli Qəhrəman Natiq Qasımovun qardaşı: Anamın ağrılardan canı qurtardı

Milli Qəhrəman Natiq Qasımovun qardaşı: Anamın ağrılardan canı qurtardı

Basketbol millimiz Dünya Seriyasının qalibi oldu

Basketbol millimiz Dünya Seriyasının qalibi oldu

Nəsrin ad gününü Bakıda qeyd etdi - VİDEO

Nəsrin ad gününü Bakıda qeyd etdi - VİDEO

Giləzi qəsəbəsində YANĞIN BAŞLAYIB - VİDEO

Giləzi qəsəbəsində YANĞIN BAŞLAYIB - VİDEO

Paşinyan sözündən dönmür - Ermənistanda vəziyyət GƏRGİNLƏŞİR

Paşinyan sözündən dönmür - Ermənistanda vəziyyət GƏRGİNLƏŞİR

“Roketsan” şirkəti gizli raket sistemini TƏQDİM ETDİ - FOTO/VİDEO

“Roketsan” şirkəti gizli raket sistemini TƏQDİM ETDİ - FOTO/VİDEO

21 gün yatmazdan əvvəl bir kivi yesəniz, orqanizm necə reaksiya verəcək?

21 gün yatmazdan əvvəl bir kivi yesəniz, orqanizm necə reaksiya verəcək?

Füzulidə “Hyundai” aşdı - Xəsarət alan var - VİDEO

Füzulidə “Hyundai” aşdı - Xəsarət alan var - VİDEO

İsrail müdafiə naziri Xameneini təhdid etdi

İsrail müdafiə naziri Xameneini təhdid etdi

Tramp Şotlandiyada qolf oynadı

Tramp Şotlandiyada qolf oynadı

End of content

No more pages to load

RADİO