“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb

Naxçıvanda 49 yaşlı Fərzalı Behbudovun qətli ilə bağlı məhkəmə araşdırması hadisənin maraqlı detallarını üzə çıxarıb.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, ağır cinayətin “qəhrəmanları” 20 illik dost olublar.
 

Fərzalı Rəhman Bayramovdan 10 yaş balaca olsa da, gənc vaxtlarından dostluq ediblər. Onlar mütəmadi olaraq bir-biri ilə görüşüb, ailəvi qonaq gedib-gəliblər. Son görüş də elə yeyib-içmək üçün təşkil edilib. Məclis Rəhmanın evində baş tutub. 


İstintaq materiallarında yazılandan və məhkəmədə danışılanlardan məlum olub ki, həmin gün Fərzalı ilə Rəhman xeyli içki qəbul edib, tam sərxoş vəziyyətdə olublar. Bu məqamda Rəhman Fərzalıdan 1 ədəd siqaret istəyib. Elə bu istək onların mehriban dostluğunun sonu olub.

Fərzalı üzünü turşudaraq Rəhmana “cibinə siqaret al, qoy”, dedikdən sonra mübahisə başlayıb. Dostlar bir-birinə qarşı nalayiq sözlər işlədiblər, əsəblərini cilovlaya bilməyən Rəhman stolun üstündən bıçaq götürərək Fərzalını qətlə yetirib.

Rəhman məhkəmədə həmin günü belə xatırlayıb:

“Yeyib-içdikdən sonra ürəyim siqaret istədi. Dedim bir siqaret ver. Qayıdıb dedi ki, “sən heç vaxt cibinə siqaret qoymursan”. Onun etdiyi hərəkət düzgün deyildi. Özünə də dedim. Əsas da söyüş söydüyü üçün dava etdik. Qalanı da məlumdur…”

Məhkəmə istintaqı zamanı toplanmış sübutlar, həmçinin şahidlərin ifadələri ilə ittiham təsdiqini tapıb.

Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəhman Bayramov qəsdən adam öldürməkdə təqsirli bilinərək 12 il azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Zirə"də yeni müqavilə - Rəsmi

"Zirə"də yeni müqavilə - Rəsmi

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair SAXTA SƏNƏD yayıldı - FOTO

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair SAXTA SƏNƏD yayıldı - FOTO

"Rosqvardiya" rəhbərinin keçmiş müavini HƏBS EDİLDİ

"Rosqvardiya" rəhbərinin keçmiş müavini HƏBS EDİLDİ

“Beşbarmaq”dakı paraşüt qəzasının TƏFƏRRÜATLARI - ÖZƏL

“Beşbarmaq”dakı paraşüt qəzasının TƏFƏRRÜATLARI - ÖZƏL

“20 yanvar” metrosunun yaxınlığında yanğın BAŞLAYIB

“20 yanvar” metrosunun yaxınlığında yanğın BAŞLAYIB

Şəbnəmin Antalyada lüks TƏTİLİ - VİDEO

Şəbnəmin Antalyada lüks TƏTİLİ - VİDEO

"Ocağım söndü" – Pünhanın atası məhkəmədə FƏRYAD ETDİ

"Ocağım söndü" – Pünhanın atası məhkəmədə FƏRYAD ETDİ

"Araz-Naxçıvan" Superliqanın 2 təmsilçisi ilə QARŞILAŞACAQ

"Araz-Naxçıvan" Superliqanın 2 təmsilçisi ilə QARŞILAŞACAQ

Bakıda dərzi iş yerində dünyasını dəyişdi

Bakıda dərzi iş yerində dünyasını dəyişdi

Bu tarixdən temperatur yüksələcək – RƏSMİ

Bu tarixdən temperatur yüksələcək – RƏSMİ

DİQQƏT! Gəncədə iki gün qaz olmayacaq

DİQQƏT! Gəncədə iki gün qaz olmayacaq

“Gəncə” amerikalı libero ilə ANLAŞDI

“Gəncə” amerikalı libero ilə ANLAŞDI

Ohanyanın deputat toxunulmazlığı LƏĞV EDİLDİ – Daha bir Xocalı qatili HƏBS OLUNUR?

Ohanyanın deputat toxunulmazlığı LƏĞV EDİLDİ – Daha bir Xocalı qatili HƏBS OLUNUR?

“Alan razı, satan razı” – Sahibkar və işçilər müqavilədən niyə yayınır?

“Alan razı, satan razı” – Sahibkar və işçilər müqavilədən niyə yayınır?

Tranzit daşımalarda artan imkanlar: ADY Çin şirkətləri ilə əməkdaşlığı gücləndirir – FOTO

Tranzit daşımalarda artan imkanlar: ADY Çin şirkətləri ilə əməkdaşlığı gücləndirir – FOTO

Tərəvəzləri bostandan yığıb yumadan yemək olar?

Tərəvəzləri bostandan yığıb yumadan yemək olar?

İmişlidə güclü yanğın – ANBAAN VİDEO

İmişlidə güclü yanğın – ANBAAN VİDEO

Putinin bu gün işdən çıxardığı nazirin meyiti TAPILDI - VİDEO

Putinin bu gün işdən çıxardığı nazirin meyiti TAPILDI - VİDEO

Rusiyanın fövqəladə hallar naziri Bakıya GƏLDİ - FOTO

Rusiyanın fövqəladə hallar naziri Bakıya GƏLDİ - FOTO

Leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Beşbarmaq dağında FACİƏ – Qəza keçirən paraşütçü HƏYATINI İTİRDİ - ÖZƏL

Beşbarmaq dağında FACİƏ – Qəza keçirən paraşütçü HƏYATINI İTİRDİ - ÖZƏL

Paytaxtda təhlükə - Heç bir tədbir görmədən söküntü işi aparılır – VİDEO

Paytaxtda təhlükə - Heç bir tədbir görmədən söküntü işi aparılır – VİDEO

İyulda hər sahədə bəxti gətirəcək BÜRC

İyulda hər sahədə bəxti gətirəcək BÜRC

Ermənistan səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırıldı – VİDEO

Ermənistan səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırıldı – VİDEO

End of content

No more pages to load

RADİO