İran prezidenti Məsud Pezeşkian hökumət rəsmiləri və media nümayəndələri ilə görüşündə bildirib ki, hicab məsələsini zor tətbiq etmək mümkün deyil.
Bizim.Media xəbər verir ki, bu barədə ISNA agentliyi yazıb.
Pezeşkian vurğulayıb ki, o, hicaba inanır, lakin qadınları nə hicaba məcbur etmək, nə də hicabdan əl çəkməyə vadar etmək doğru deyil. Onun sözlərinə görə, bu məsələ mədəniyyətin təşviqi yolu ilə həll olunmalıdır.
Prezident əlavə edib ki, məscidlər mədəniyyət qurmaq funksiyasını yerinə yetirməli, hicab mövzusu isə qarşıdurma ilə deyil, məntiq yolu ilə həll edilməlidir.
Bizim.Media