Avqustun 10-də Ukraynanın Odessa vilayətində yerləşən Zatoka şəhərində çimərlikdə mina partlayışı baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının (OVA) rəhbəri Oleq Kiper məlumat verib.
Onun sözlərinə görə, hadisə bazar günü sahildən təxminən 50 metr məsafədə qeydə alınıb. Şahidlərin sözlərinə görə, dənizdə ardıcıl iki güclü partlayış eşidilib.
İlkin məlumata əsasən, bir qadın və iki kişi üzgüçülük zamanı mina partlayışı nəticəsində həyatını itirib. Hazırda ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.
Telegram kanallarında yayılan xəbərlərə görə, partlayış nəticəsində bir neçə nəfər ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanları və xilasedicilər cəlb olunub.
Bizim.Media