Fələstinli jurnalist Ənəs əl-Şərif Qəzza Sərhəd Zolağında baş verən dəhşətli hadisəni əks etdirən görüntülər yayıb.
Bizim.Media xəbər verir ki, videoda havadan atılan bir insani yardım sandığının izdiham içindəki bir neçə nəfərin üzərinə düşdüyü anlar açıq şəkildə görünür.
Şahidlərin sözlərinə görə, insanlar aclıq və ehtiyac içində yardıma doğru qaçarkən, qəfil göydən enən ağır sandıq onların üstünə çırpılıb. Qışqırıqlar, toz buludu və panika içindəki izdiham kadrlara əks olunub.
Ənəs əl-Şərif sosial şəbəkədə paylaşımında sərt ifadələrlə bildirib:
“Bu insani yardım deyil, Qəzza xalqını öldürməyin yeni yoludur!”.
Bizim.Media