“TV1” kanalı 1 yaşını qeyd edir - VİDEO

Bir il əvvəl 2024-cü il avqust ayının 1-də ölkənin teleməkanında yeni bir kanal –  “TV1” internet üzərindən yayıma başladı. Audiovizual Şura tərəfindən 2025-cil il yanvar ayının 31-də kanalımıza yayım lisenziyası verildi. Ötən bir il müddətində kanalımız bir sıra ciddi uğurlara imza atıb.

Peşəkar heyət tərəfindən hazırlanan proqramlarda ölkənin ictimai-siyasi həyatında baş verən mühüm hadisələr kanalın efirində işıqlandırılıb.

Cəmiyyətin gündəmində olan aktual mövzular “TV1”-in efirində peşəkar təqdimatı ilə seçilib. “TV1” kanalında müxtəlif proqramlarda çıxış edən ölkənin tanınmış ictimai-siyasi xadimləri, alimlər, ziyalılar, Milli Məclisin deputatları, tanınmış mədəniyyət və incəsənət xadimləri cəmiyyətin həyatındakı aktual mövzularla bağlı peşəkar təhlillər aparıblar. Kanalımızda Macarıstan, Türkiyə, Rusiya, Qazaxıstan, Almaniya və İsraildən canlı bağlantılarla tanınmış ekspertlər, siyasətçilər beynəlxalq məsələlərlə bağlı operativ çıxış ediblər.
 

Fəaliyyətə başladığı ilk gündən etibarən vətənpərvərlik mövzusu “TV1” kanalının daim diqqət mərkəzindədir. Belə ki, İkinci Qarabağ müharibəsi veteranları, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimiz haqqında proqramlar və filmlər efirimizdə yayımlanaraq tamaşaçıların böyük rəğbətini qazanıb.


Eləcə də, kanalın efirində yayımlanan mədəni, milli-mənəvi, sosial, təhsil, sağlamlıq, turizm, gənclərlə bağlı proqramlar, həmçinin türkçülük ideyaları ilə əlaqədar verilişlər izləyicilər tərəfindən çox maraqla qarşılanıb. Musiqili və əyləncəli proqramlarımız da geniş tamaşaçı auditoriyası toplayıb. Kanalın daimi izləyicisi olan minlərlə tamaşaçısı tərəfindən diqqətlə izlənilən canlı verilişləri var. Bu proqramlarda təqdim olunan, cəmiyyəti düşündürən, sosial xarakterli verilişlər öz aktuallığı və peşəkarlığı seçilir.

“TV1” kanalı ötən bir il müddətində beynəlxalq əlaqələrini də genişləndirib. Belə ki, çox gənc olmasına baxmayaraq, “TV1” kanalı bu qısa müddət ərzində Qazaxıstanın bir sıra aparıcı mərkəzi və regional telekanalları ilə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb.

Bundan başqa, gənc kanalın efirində xaricdən gələn tanınmış simalar ekspert qismində çıxış ediblər.

Yaponiya və Cənubi Koreyadan gəlmiş televiziya mütəxəssisləri, o cümlədən Mərkəzi Asiyadan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistandan olan həmkarlamızla, elm və mədəniyyət xadimləri, incəsənət ustaları ilə maraqlı söhbətləri xüsusi ilə vurğulamaq istəyirik.

Türkçülüyün təbliği isə kanalımızın ana xətlərindən birini təşkil edir. Bu istiqamətdə Türkiyədən gələn çoxsaylı mütəxəssislər, media mənsubları və müxtəlif sahələr üzrə ekspertlər kanalımızın qonaqları olublar. Şimali Kipr həqiqətlərinin işıqlandırılmasında isə kanalımızın müstəsna xidmətləri var. Bu yöndə ŞKTC-nin prezidenti Ersin Tatarın Azərbaycana səfəri çərçivəsində “TV1” kanalına eksklüziv müsahibə verməsini xüsusi ilə vurğulamaq yerinə düşər.
 

Həmçinin, ŞKTC-dən ölkəmizə səfər etmiş rəsmi şəxslər, nazirlər, tanınmış simalar, siyasətçilər kanalımızn efirində eskklüziv müsahibələr veriblər. Onların özəl açıqlamaları Azərbaycan mediasında işıqlandırıldığı kimi, Şimali Kipr mediasında da yayımlanıb. Bu qısa müddət ərzində istehsal etdiyimiz filmlər də beynəlxalq diplomlara layiq görülüb.


Eyni zamanda, kanalımızın Nüvə Tədqiqatları Departamentindən hazırladığı özəl reportaj isə ölkə teleməkanında nadir hadisələrdən biridir. “TV1” kanalı eyni zamanda, bütün sosial media platformalarında uğurla təmsil olunur. İnteraktivliyi ilə seçilən verilişlərimiz tamaşaçılarla operativ əlaqədən xəbər verir.

Hazıırda bu loqotip altında TV1.az veb səhifəsi və TV1 kanalı fəaliyyət göstərir. Həmçinin, Tik-Tok, İnstaqram və Facebook platformalarında təmsil olunuruq. TV1 kanalı KATV1, City Net, Connect TV, Aztelecom, Ailə TV , TV Net və digər kabel şəbəkələrində yayımlanır.

Bizim.Media olaraq bütün TV1-çiləri təbrik edir, onlara fəaliyyətlərində daha böyük uğurlar arzu edirik.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kürdəmirdə zəli ovlayan şəxslərə HÖKM OXUNUB

Kürdəmirdə zəli ovlayan şəxslərə HÖKM OXUNUB

İstehsalçılar, fermerlər və satıcıların elektron portala qeydiyyatı BAŞLADI

İstehsalçılar, fermerlər və satıcıların elektron portala qeydiyyatı BAŞLADI

Hakimi 15 ilədək HƏBS OLUNA bilər

Hakimi 15 ilədək HƏBS OLUNA bilər

Qarpız yeyəndə EHTİYATLI OLUN: Şirin ləzzətin arxasında gizlənən təhlükələr

Qarpız yeyəndə EHTİYATLI OLUN: Şirin ləzzətin arxasında gizlənən təhlükələr

Mask Aİ-nin dağılmasının TƏRƏFDARIDIR: "Avropada demokratiyanı məhv edir"

Mask Aİ-nin dağılmasının TƏRƏFDARIDIR: "Avropada demokratiyanı məhv edir"

Bitki çaylarının faydası və ziyanı

Bitki çaylarının faydası və ziyanı

ABŞ və NATO Ukraynaya hərbi təchizat üçün yeni maliyyə mexanizmi YARADIR

ABŞ və NATO Ukraynaya hərbi təchizat üçün yeni maliyyə mexanizmi YARADIR

“İmişli” braziliyalı yarımmüdafiəçi TRANSFER ETDİ

“İmişli” braziliyalı yarımmüdafiəçi TRANSFER ETDİ

Çimərliklərdə avtoxuliqanlıq edənləri nə gözləyir? - VİDEO

Çimərliklərdə avtoxuliqanlıq edənləri nə gözləyir? - VİDEO

Azərbaycan kinosunun yaranmasından 127 il ÖTÜR

Azərbaycan kinosunun yaranmasından 127 il ÖTÜR

Barat Yusubov bütün orqanlarını bağışladı - FOTO

Barat Yusubov bütün orqanlarını bağışladı - FOTO

Yekaterinburqda azərbaycanlıların bazarına yeni hücum – VİDEO

Yekaterinburqda azərbaycanlıların bazarına yeni hücum – VİDEO

Rusiya Xarkova dronla zərbə endirdi - Yaralılar var

Rusiya Xarkova dronla zərbə endirdi - Yaralılar var

Elektrikli maşınların ömrü uzun OLMAYACAQ - Daha sərfəli variant var

Elektrikli maşınların ömrü uzun OLMAYACAQ - Daha sərfəli variant var

13 ildən sonra İLK UÇUŞ - VİDEO

13 ildən sonra İLK UÇUŞ - VİDEO

“Neftçi” son hazırlıq matçında da qalib gələ BİLMƏDİ

“Neftçi” son hazırlıq matçında da qalib gələ BİLMƏDİ

Gəncədə iki maşın toqquşdu, 3 nəfər xəstəxanalıq oldu

Gəncədə iki maşın toqquşdu, 3 nəfər xəstəxanalıq oldu

Vadji “Turan Tovuz”un ən çox maaş alan oyunçusu oldu

Vadji “Turan Tovuz”un ən çox maaş alan oyunçusu oldu

Mingəçevirdə yaşlı qadını maşın vurub öldürdü

Mingəçevirdə yaşlı qadını maşın vurub öldürdü

“Google”da YENİLİK: Hər kəs daxil ola bilməyəcək…

“Google”da YENİLİK: Hər kəs daxil ola bilməyəcək…

Sabah Bakıda hava çox əlverişsiz olacaq - XƏBƏRDARLIQ

Sabah Bakıda hava çox əlverişsiz olacaq - XƏBƏRDARLIQ

Azərbaycan klubu litvalı basketbolçu TRANSFER ETDİ

Azərbaycan klubu litvalı basketbolçu TRANSFER ETDİ

Baş Şirvan kollektorunda iki nəfər BOĞULDU

Baş Şirvan kollektorunda iki nəfər BOĞULDU

Ağdamda yeni Sosial Xidmət Mərkəzi fəaliyyətə BAŞLADI - FOTO

Ağdamda yeni Sosial Xidmət Mərkəzi fəaliyyətə BAŞLADI - FOTO

End of content

No more pages to load

RADİO