“İcon-karaoke”nin fəaliyyəti DAYANDIRILDI – FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyi Nərimanov rayonunda yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb.

Nazirliyin Mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ev 103 C ünvanında yerləşən “İcon-karaoke” klubunda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusunun işlək vəziyyətdə olması barədə müvafiq sənədlər mövcud deyil;

- obyektin elektrik təsərrüfatına və elektrik qurğularına profilaktiki baxış keçirilməyib və nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülməyib;

- obyektdə sıxılmış və mayeləşdirilmiş propan qaz balonundan istifadə olunur;

- obyekt havadəyişmə ventilyasiya qurğusu ilə təmin olunmayıb;

- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib;

- obyektdə layihədən kənar taxta materiallardan istifadə olunmaqla arakəsmə otaqlar quraşdırılıb;

- obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.
 

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.


Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nərimanov rayonu, ev 103 C ünvanında yerləşən “İcon-karaoke” klubunun fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hakimi 15 ilədək HƏBS OLUNA bilər

Hakimi 15 ilədək HƏBS OLUNA bilər

Qarpız yeyəndə EHTİYATLI OLUN: Şirin ləzzətin arxasında gizlənən təhlükələr

Qarpız yeyəndə EHTİYATLI OLUN: Şirin ləzzətin arxasında gizlənən təhlükələr

Mask Aİ-nin dağılmasının TƏRƏFDARIDIR: "Avropada demokratiyanı məhv edir"

Mask Aİ-nin dağılmasının TƏRƏFDARIDIR: "Avropada demokratiyanı məhv edir"

Bitki çaylarının faydası və ziyanı

Bitki çaylarının faydası və ziyanı

ABŞ və NATO Ukraynaya hərbi təchizat üçün yeni maliyyə mexanizmi YARADIR

ABŞ və NATO Ukraynaya hərbi təchizat üçün yeni maliyyə mexanizmi YARADIR

“İmişli” braziliyalı yarımmüdafiəçi TRANSFER ETDİ

“İmişli” braziliyalı yarımmüdafiəçi TRANSFER ETDİ

Çimərliklərdə avtoxuliqanlıq edənləri nə gözləyir? - VİDEO

Çimərliklərdə avtoxuliqanlıq edənləri nə gözləyir? - VİDEO

Azərbaycan kinosunun yaranmasından 127 il ÖTÜR

Azərbaycan kinosunun yaranmasından 127 il ÖTÜR

Barat Yusubov bütün orqanlarını bağışladı - FOTO

Barat Yusubov bütün orqanlarını bağışladı - FOTO

Yekaterinburqda azərbaycanlıların bazarına yeni hücum – VİDEO

Yekaterinburqda azərbaycanlıların bazarına yeni hücum – VİDEO

Rusiya Xarkova dronla zərbə endirdi - Yaralılar var

Rusiya Xarkova dronla zərbə endirdi - Yaralılar var

Elektrikli maşınların ömrü uzun OLMAYACAQ - Daha sərfəli variant var

Elektrikli maşınların ömrü uzun OLMAYACAQ - Daha sərfəli variant var

13 ildən sonra İLK UÇUŞ - VİDEO

13 ildən sonra İLK UÇUŞ - VİDEO

“Neftçi” son hazırlıq matçında da qalib gələ BİLMƏDİ

“Neftçi” son hazırlıq matçında da qalib gələ BİLMƏDİ

Gəncədə iki maşın toqquşdu, 3 nəfər xəstəxanalıq oldu

Gəncədə iki maşın toqquşdu, 3 nəfər xəstəxanalıq oldu

Vadji “Turan Tovuz”un ən çox maaş alan oyunçusu oldu

Vadji “Turan Tovuz”un ən çox maaş alan oyunçusu oldu

Mingəçevirdə yaşlı qadını maşın vurub öldürdü

Mingəçevirdə yaşlı qadını maşın vurub öldürdü

“Google”da YENİLİK: Hər kəs daxil ola bilməyəcək…

“Google”da YENİLİK: Hər kəs daxil ola bilməyəcək…

Sabah Bakıda hava çox əlverişsiz olacaq - XƏBƏRDARLIQ

Sabah Bakıda hava çox əlverişsiz olacaq - XƏBƏRDARLIQ

Azərbaycan klubu litvalı basketbolçu TRANSFER ETDİ

Azərbaycan klubu litvalı basketbolçu TRANSFER ETDİ

Baş Şirvan kollektorunda iki nəfər BOĞULDU

Baş Şirvan kollektorunda iki nəfər BOĞULDU

Ağdamda yeni Sosial Xidmət Mərkəzi fəaliyyətə BAŞLADI - FOTO

Ağdamda yeni Sosial Xidmət Mərkəzi fəaliyyətə BAŞLADI - FOTO

“Bavariya”nın futbolçusu “Tottenhem”ə KEÇİR

“Bavariya”nın futbolçusu “Tottenhem”ə KEÇİR

Lavrov: “Rusiya ilə ABŞ arasında hərbi qarşıdurmaya yol vermək olmaz”

Lavrov: “Rusiya ilə ABŞ arasında hərbi qarşıdurmaya yol vermək olmaz”

End of content

No more pages to load

RADİO