Abşeron Mərkəzi Xəstəxanasındakı BİABIRÇI vəziyyətlə RƏSMİ AÇIQLAMA - VİDEO

Abşeron Rayon Mərkəzi Xəstəxanası bu gün tibb müəssisəsinin önündə və içərisində yaranan sıxlıqla bağlı açıqlama verib.

Bizim.Media xəbər verir ki, Tibb müəssisəsindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasına gündəlik müraciət sayı orta hesabla 3000-3500 nəfər təşkil edir.

Qeyd olunub ki, müraciət edən hər bir vətəndaşa gündəlik təxminən 4-5 adda müxtəlif tibbi xidmət göstərilir:

"Vətəndaşların rahat şəkildə tibbi xidmətlərdən istifadə etməsini təmin etmək məqsədilə tibb müəssisəsi tərəfindən bir sıra müvafiq tədbirlər həyata keçirilir.
 

Hazırda bağçalara, ali məktəblərə, kolleclərə, liseylərə sənəd təqdim edən abituriyentlər, eləcə də işə qəbul olunan şəxslər tərəfindən sağlamlıq haqqında arayışların əldə olunması üçün müraciətlərin sayında artım müşahidə olunur.


Hər il eyni dövrdə intensiv xarakter alan bu proses bəzən tibb müəssisəsində sıxlığa səbəb olur".

Məlumatda əlavə olunub ki, yaranan vəziyyətin tənzimlənməsi məqsədilə tibb müəssisəsi tərəfindən zəruri addımlar atılır:
 

"Hazırda müraciət sayının artmasını nəzərə alaraq qeydiyyat bölmələrinin sayı artırılıb, vətəndaş axınına uyğun olaraq həkim və orta tibb personalının iş qrafikləri yenidən tənzimlənib.


Eyni zamanda, xidmətlərin daha operativ təşkili üçün sənəd və arayış almaq istəyən vətəndaşlar üçün ayrıca pəncərə və yönləndirmə sistemi tətbiq olunub.
 

Bundan əlavə, xidmətlərin keyfiyyətinin artırılması və növbə yükünün azaldılması məqsədilə gələcəkdə sağlamlıq arayışlarının elektron şəkildə verilməsi, qeydiyyat prosesinin rəqəmsallaşdırılması və müraciətlərin əvvəlcədən planlaşdırılması imkanlarının yaradılması nəzərdə tutulur".


Sonda vurğulanıb ki, qeyd olunan tədbirlər və yanaşmalar vətəndaşlara daha keyfiyyətli, əlçatan və çevik tibbi xidmət göstərmək məqsədi daşıyır:

"Abşeron Rayon Mərkəzi Xəstəxanası olaraq vətəndaş məmnuniyyətini təmin etmək üçün bütün imkanlarımızla xidmət göstərməyə davam edirik.

Həmçinin qeyd edək ki, növbələr planlı xidmətlər üçün yaranır, təcili və təxirəsalınmaz tibbi yardım üzrə müraciətlər isə növbəsiz şəkildə qəbul olunur".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabunçuda avtomobili yandıranlar SAXLANILDI - FOTO/VİDEO

Sabunçuda avtomobili yandıranlar SAXLANILDI - FOTO/VİDEO

Daha bir futbolçu “Kəpəz”dən GETDİ

Daha bir futbolçu “Kəpəz”dən GETDİ

BQXK-nın Azərbaycan Nümayəndəliyinin rəhbərinin ölkədə diplomatik fəaliyyəti BAŞA ÇATDI - FOTO

BQXK-nın Azərbaycan Nümayəndəliyinin rəhbərinin ölkədə diplomatik fəaliyyəti BAŞA ÇATDI - FOTO

Politoloq Ceyhun Osmanlı: "Hər kəsə Arif Babayev kimi dünyadan köçməyi arzu edirəm" - FOTO

Politoloq Ceyhun Osmanlı: "Hər kəsə Arif Babayev kimi dünyadan köçməyi arzu edirəm" - FOTO

Xətaidə obyekt YANIR

Xətaidə obyekt YANIR

Şişkinliyi kökündən YOX EDİR: Hər səhər qatığın içinə 1 qaşıq əlavə edib yeyin

Şişkinliyi kökündən YOX EDİR: Hər səhər qatığın içinə 1 qaşıq əlavə edib yeyin

Baş nazir İqtisadi Şuranı topladı, büdcə-vergi siyasəti müzakirə olundu - FOTO

Baş nazir İqtisadi Şuranı topladı, büdcə-vergi siyasəti müzakirə olundu - FOTO

AQTA bəzi ölkələrin qida təhlükəsizliyinə nəzarət sisteminin ekvivalentliyini TANIDI

AQTA bəzi ölkələrin qida təhlükəsizliyinə nəzarət sisteminin ekvivalentliyini TANIDI

Mədə-bağırsaq sanatoriyası yenidən quruldu – FOTO

Mədə-bağırsaq sanatoriyası yenidən quruldu – FOTO

Bu qarışım qaraciyəri TƏRTƏMİZ EDİR – Cəmi 3 günə!

Bu qarışım qaraciyəri TƏRTƏMİZ EDİR – Cəmi 3 günə!

Dünyanın ən stressli şəhəri məlum oldu

Dünyanın ən stressli şəhəri məlum oldu

ChatGPT ilə 12 min dollarlıq borcunu sildi

ChatGPT ilə 12 min dollarlıq borcunu sildi

Fəxrəddin Veysəlli: "12 yaşına kimi uşağa əlavə dil öyrətmək cinayətdir"

Fəxrəddin Veysəlli: "12 yaşına kimi uşağa əlavə dil öyrətmək cinayətdir"

Azərbaycanda dəhşət: “TikTok”da tanış olduğu qadının uşaqlarına işgəncələr verdi – FOTO

Azərbaycanda dəhşət: “TikTok”da tanış olduğu qadının uşaqlarına işgəncələr verdi – FOTO

Namik Ələskərov yenidən Türkiyədə OYNAYA BİLƏR

Namik Ələskərov yenidən Türkiyədə OYNAYA BİLƏR

31 rusdilli məktəbdə Azərbaycan dili necə tədris olunur? – Rəsmi AÇIQLAMA

31 rusdilli məktəbdə Azərbaycan dili necə tədris olunur? – Rəsmi AÇIQLAMA

“Əmanət” deyil, yük kimi BAXANLAR – “Qocalar evi”nə ehtiyac ARTIR?

“Əmanət” deyil, yük kimi BAXANLAR – “Qocalar evi”nə ehtiyac ARTIR?

Süni intellekt İlhamə Quliyevanı belə canlandırdı - VİDEO

Süni intellekt İlhamə Quliyevanı belə canlandırdı - VİDEO

Aşağı bal toplayan abituriyentlər bu ixtisasları seçsinlər - Ekspertdən TÖVSİYƏ

Aşağı bal toplayan abituriyentlər bu ixtisasları seçsinlər - Ekspertdən TÖVSİYƏ

Sürücülərin DİQQƏTİNƏ! Sabahdan bu yolda hərəkət məhdudlaşdırılır

Sürücülərin DİQQƏTİNƏ! Sabahdan bu yolda hərəkət məhdudlaşdırılır

Aysellə Oqtayın məhkəməsi oldu

Aysellə Oqtayın məhkəməsi oldu

Avqust ayında bu meyvə və tərəvəzləri yemək ömrü uzadır

Avqust ayında bu meyvə və tərəvəzləri yemək ömrü uzadır

Naftalanda yeni sanatoriya istifadəyə VERİLƏCƏK

Naftalanda yeni sanatoriya istifadəyə VERİLƏCƏK

Azərbaycan dili dünyanın ən inkişaf etmiş dilləri SİYAHISINDA

Azərbaycan dili dünyanın ən inkişaf etmiş dilləri SİYAHISINDA

End of content

No more pages to load

RADİO