Tehrandakı Şəhran neft anbarında yanğın baş verib.
Bizim.Media “Borna news”a istinadən xəbər verir ki, hadisə nəticəsində anbarın ətrafında qara tüstü müşahidə edilib.
Məlumata görə, anbarda 12 günlük müharibə zamanı İsrailin hava hücumlarında zədələnən neft çənləri olub. Çənlərin dibində yığılmış neft tullantıları tüstünün yaranmasına səbəb olub.
Qeyd olunub ki, yanğının təkrar baş verməsi və anbarın son vəziyyəti narahatlıq doğurur. Hazırda yanğınla bağlı ətraflı məlumat toplanır və dəymiş zərər qiymətləndirilir.
Bizim.Media