ABŞ prezidenti Donald Tramp bildirib ki, o, Ukraynadakı münaqişənin həlli ilə bağlı razılığın əldə olunması üçün əvvəllər elan etdiyi 50 günlük müddəti qısaltmaq niyyətindədir.
Bizim.Media xəbər verir ki, o, bu barədə Şotlandiyada Böyük Britaniyanın baş naziri Key Starmerlə görüşdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Rusiya Prezidenti Vladimir Putindən çox məyus oldum. Ona görə də bu məsələyə yenidən baxmalı olacağıq və mən ona verdiyim 50 günü daha qısa bir rəqəmə endirəcəm, çünki düşünürəm ki, cavabı artıq bilirəm. Bu gündən etibarən təxminən 10-12 gün müddətinə yeni bir son tarix təyin edəcəyəm.
Gözləmək üçün heç bir səbəb yoxdur. Sadəcə olaraq heç bir irəliləyiş görmürük", - ABŞ lideri qeyd edib.
Qeyd edək ki, iyulun 14-də Tramp bildirib ki, ABŞ Rusiyadan narazıdır və Ukrayna məsələsi 50 gün ərzində həll olunmazsa, “çox sərt tariflər” tətbiq etməyə hazırdır.
Bizim.Media