Dünən Tehranın Salihabad bazarında genişmiqyaslı elektrik kəsintisi baş verib. Hadisə nəticəsində bir çox ticarət obyektləri fəaliyyətini dayandırmağa məcbur olub.
Bizim.Media xəbər verir ki, elektrik enerjisinin qəfil kəsilməsi bazarda həm alıcılar, həm də satıcılar arasında narazılıq yaradıb.
Sakinlər məsələ ilə bağlı rəsmi qurumlardan izahat tələb edirlər.
Hazırda elektrik enerjisinin nə zaman bərpa olunacağı ilə bağlı rəsmi açıqlama verilməyib. Narahatlıq və qeyri-müəyyənlik ticarətçilər arasında narazılıqları daha da artırıb. (Iran News)
Bizim.Media