Rusiya mağazalarında Azərbaycan istehsalı olan "Azərçay" məhsullarının qablaşdırmasında təxribatçı şüarların əks olunduğu görüntülər yayılıb.
Bizim.Media xəbər verir ki, paylaşılan videoda "Rusiyanı incitmə!", "Rusiya cavab verəcək, hirslənmə!" kimi təxribatçı şüarların yazıldığı görünür.
Məsələ ilə bağlı "Azərsun Holdinq"dən bildirilib ki, sosial şəbəkədə yayılan video həqiqəti əks etdirmir:
"Rusiya Federasiyası ərazisində satışı həyata keçirilən "Azərçay" məhsullarının dizaynı və üzərindəki yazıda heç bir dəyişiklik yoxdur. Qablaşdırma üzərinə heç bir şüar əlavə edilməyib".
Bizim.Media