“Rusiya-Ukrayna danışıqlarının əsas məqsədi atəşkəsə nail olmaqdır”.
Bizim.Media xəbər verir ki, bu barədəTürkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya və Ukrayna arasında keçirilən danışıqların üçüncü raundunun əvvəlində açılış nitqi ilə çıxış edib.
“Prezident Ərdoğan uzun illərdir ki, silahlı toqquşmalarla dolu bölgəmizdə sülh məşəlini daşıyan bir liderdir. İlk iki raund zamanı çox yaxşı nəticələr əldə olunub.
Humanitar baxımdan əsirlərin mübadiləsinin beynəlxalq ictimaiyyət tərəfindən çox müsbət qarşılanması olduqca sevindiricidir. Sülhün və atəşkəsin təmin olunması perspektivindən tərəflər arasında mübadilə edilən memorandumlarsa olduqca böyük əhəmiyyətə malikdir.
Üçüncü danışıqlar raundu çərçivəsində tərəflərin nəticəyönlü məsləhətləşmələr aparmalarını, məzmunlu müzakirələr keçirmələrini arzulayırıq. Lakin bu danışıqlar prosesinin yekun nəticəsi olaraq sülhün təmin olunmasını istəyirik”, - Fidan qeyd edib.
Bizim.Media