Axşam saatlarında Ukraynada “Mirage-2000” qırıcısı qəzaya uğrayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.
Qırıcının uçuş tapşırığı yerinə yetirdiyi vaxtda aviasiya texnikasında nasazlıq yaranıb. Pilot katapult edib, vəziyyəti stabildir.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Qəzanın dəqiq səbəblərini müəyyənləşdirmək üçün xüsusi komissiya yaradılıb.
Qeyd edək ki, “Mirage-2000” Fransaya məxsus qırıcılardır. Paris onların Ukraynaya verilməsi barədə 6 fevralda məlumat vermişdi.
Bizim.Media