Novxanıda iki yeniyetmənin batmasının təfərrüatı məlum olub. Bildirilib ki, hadisə gecə saatlarında baş verib.
Bizim.Media xəbər verir ki, hadisə ilə bağlı danışan valideynlərdən biri deyib ki, yeniyetmələr gecə saat dörd radələrində dənizə gediblər:
"Yeyib-içdikdən sonra çimməyə gediblər. Bu zaman suda batıblar. Dostları onları çıxarmağa çalışıb, amma mümkün olmayıb".
Yeniyetmələrdən birinin anası isə göz yaşları içində fəryad edib:
"Bircə balamı istəyirəm, ona kömək edin. Dostu əsgər gedirdi, ona görə yola salmağa gəlmişdi".
Baha ətraflı Baku TV-nin videomaterialında:
Bizim.Media