Bakıda 77-EM-707 dövlət nömrə nişanlı "Porsche" markalı avtomobilin qadın sürücüsü maşını yolun ortasında saxlayaraq digər nəqliyyat vasitəsinin sürücüsü ilə mübahisəyə başlayıb.
Bizim.Media xəbər verir ki, hadisə Tbilisi prospektində, 20 Yanvar dairəsi istiqamətində qeydə alınıb.
Bu səbəbdən prospektdə nəqliyyatın hərəkəti iflic olub. Hadisə anını əks etdirən görüntülər sosial şəbəkə platformalarında yayılıb.
Bizim.Media