Moskvada güclü leysan və dolu yağıb.
Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, ildırım vurması nəticəsində dörd ev yanıb.
Leysan yağışları nəticəsində ninaların girişlərini su basıb, ildırım nəticəsində bir neçə yaşayış məntəqəsi yanıb, dolunun zərbəsindən avtomobillərə ziyan dəyib.
Daha əvvəl Moskva vilayətinin FHN (Fövqəladə Hallar Nazirliyi) sakinləri güclü yağış və leysan barədə xəbərdar etmişdi. Bildirilirdi ki, yağıntılar iyulun 14-ü axşamına qədər davam edəcək.
Bizim.Media