Düzgün ara məsafəsi saxlamayan minik avtomobili və moped sürücüsü yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub.
Bizim.Media xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hadisə paytaxtın Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsində baş verib.
Polis əməkdaşları tərəfindən qəza iştirakçıları yoldan kənarlaşdırılıb və sıxlığın qarşısı alınıb.
Bizim.Media