Bakı 2025” əməliyyat-taktiki təlimi keçirildi - FOTO

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə Bakı şəhəri, Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Limanının ərazisində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində dövlət orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “Bakı 2025” əməliyyat-taktiki təlimi keçirilib.

Bizim.Media xəbər verir ki, təlimi fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Beynəlxalq Mülki Müdafiə Təşkilatına (BMMT) üzv ölkələrin fövqəladə hallarla mübarizə üzrə məsul qurumlarının rəhbər şəxsləri, Müdafiə, Daxili İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirlikləri, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Dövlət Ehtiyatları Agentliyi, ANAMA, TƏBİB, AZCON, SOCAR, bp, FHN yanında İctimai Şura və digər qurumların rəhbər vəzifəli şəxsləri izləyiblər.

Təlim irimiqyaslı fövqəladə hallar zamanı xilasetmə qüvvə və vasitələrinin birgə fəaliyyət mexanizminin həyata keçirilməsi, real imkanlarının müəyyən edilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi və bununla bağlı qərargahların əməliyyat hazırlığının yüksəldilməsi, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması, qarşılıqlı fəaliyyət və hərtərəfli təminatın təşkili məqsədilə keçirilib.

Əvvəlcə FHN-in, həmçinin təlimdə iştirak edən digər qurumların texnika və avadanlıqlarına baxış keçirilib.

Sonra təlim qərargahında fövqəladə halların idarə edilməsinə məsul qurumların böhranların idarəedilməsi üzrə mərkəzləri ilə videorabitə vasitəsilə əlaqə yaradılıb, aidiyyəti qurumlar tərəfindən təlimlə bağlı görülən işlər barədə məruzələr edilib.

Daha sonra təlimin praktiki hissəsinə başlanılıb.

Təlim planına uyğun olaraq, episentri Xəzər dənizində olmaqla, Bakı şəhərindən 110 kilometr cənub-şərqdə şərti dağıdıcı zəlzələ baş verib. “Zəlzələ” nəticəsində bir sıra şəhər və rayonlarda hündürmərtəbəli binalar və sənaye müəssisələrində dağıntılar yaranıb, infrastruktur şəbəkələri sıradan çıxıb. Vətəndaşlar arasında ölənlərin və dağıntılar altında qalanların olduğu bildirilib.
Şərti hadisə ilə əlaqədar FHN-in qüvvələri tərəfindən aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə dərhal axtarış-xilasetmə, zəlzələ nəticəsində yaranmış yanğınların söndürülməsi və digər zəruri, təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb. Şərti zəlzələnin nəticələrinin aradan qaldırılması ilə əlaqədar “yanğın-xilasetmə əməliyyatı” uğurla həyata keçirilib.

Sonda Azərbaycanın Dövlət Bayrağı və BMMT-nin bayrağı ilə təlim ərazisi üzərindən uçan helikopterlərin paradı keçirilib.

Qeyd edək ki, təlimdə FHN ilə yanaşı Müdafiə, Daxili İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Dövlət Ehtiyatları Agentliyi, ANAMA, TƏBİB, AZCON, SOCAR və bp-nin ümumilikdə 1250 nəfərdən ibarət canlı qüvvəsi, 8 ədəd helikopteri, 277 ədəd xüsusi təyinatlı texnikası və 14 baş xüsusi təlim görmüş iti iştirak edib.
Uğurla reallaşdırılan təlimdə qarşıya qoyulan məqsədlərə nail olunub.



































Image 28 of 57

Image 40 of 57

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Kənddən Şəhərə" həftəsonu yarmarkası təşkil OLUNACAQ

"Kənddən Şəhərə" həftəsonu yarmarkası təşkil OLUNACAQ

Rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Araşdırma: Dünyanın ən nadir qan qrupu aşkarlanıb

Araşdırma: Dünyanın ən nadir qan qrupu aşkarlanıb

Pensiyaçılara ŞAD XƏBƏR!

Pensiyaçılara ŞAD XƏBƏR!

“Divarın da qulağı var” yox, divarın özü qulaqdır – Yeni binalarda səs izoliyasiyası niyə “YADDAN ÇIXIB”?

“Divarın da qulağı var” yox, divarın özü qulaqdır – Yeni binalarda səs izoliyasiyası niyə “YADDAN ÇIXIB”?

Xəzərdə hər an FƏLAKƏT baş verə bilər: Təcili araşdırma başlasın!

Xəzərdə hər an FƏLAKƏT baş verə bilər: Təcili araşdırma başlasın!

“Qızıma deyib ki, get özünü balkondan at yerə...” - Video

“Qızıma deyib ki, get özünü balkondan at yerə...” - Video

Zelenskinin tərcüməçisi Rusiya casusu çıxdı

Zelenskinin tərcüməçisi Rusiya casusu çıxdı

Kar olmamaq üçün nə edək? – Həkim danışdı

Kar olmamaq üçün nə edək? – Həkim danışdı

“Görünməz” dron: Türkiyədən texnologiya inqilabı

“Görünməz” dron: Türkiyədən texnologiya inqilabı

Video montaj imiş, Ağamirzə əsəbiləşdi: "Namərdlər..."

Video montaj imiş, Ağamirzə əsəbiləşdi: "Namərdlər..."

Gəncədə AĞIR QƏZA – Motosikletçi xəstəxanalıq oldu

Gəncədə AĞIR QƏZA – Motosikletçi xəstəxanalıq oldu

Pensiyalarla bağlı MÜHÜM YENİLİK

Pensiyalarla bağlı MÜHÜM YENİLİK

Havanın temperaturu dəyişəcək - Bu tarixdən...

Havanın temperaturu dəyişəcək - Bu tarixdən...

Sabit elektrik və qaz tarifləri təsdiqləndi: Mavi yanacaq və işığın qiyməti bahalaşacaq?

Sabit elektrik və qaz tarifləri təsdiqləndi: Mavi yanacaq və işığın qiyməti bahalaşacaq?

BİZİM TƏQVİM:11 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:11 iyulda baş vermiş tarixi hadisələr

Edin Cekonun bu kluba keçidi AÇIQLANDI

Edin Cekonun bu kluba keçidi AÇIQLANDI

"35 gün sonra tapıldı, əsəbimdən danışdırmadım" - VİDEO

"35 gün sonra tapıldı, əsəbimdən danışdırmadım" - VİDEO

Naxçıvanda ümumi daxili məhsul istehsalı 760 milyon manata yaxın olub

Naxçıvanda ümumi daxili məhsul istehsalı 760 milyon manata yaxın olub

"Liverpul"un oyunçusu yalnız "Real"ı İSTƏYİR

"Liverpul"un oyunçusu yalnız "Real"ı İSTƏYİR

Makaron və ağ çörək beyin üçün TƏHLÜKƏLİDİR

Makaron və ağ çörək beyin üçün TƏHLÜKƏLİDİR

Onlar üçün bu gün varsan, sabah yox! – Arxasına belə baxmadan tərk edən bürclər

Onlar üçün bu gün varsan, sabah yox! – Arxasına belə baxmadan tərk edən bürclər

Meteohəssas insanlar üçün PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

“Turan Tovuz” braziliyalı futbolçu ilə DANIŞIQ APARIR

“Turan Tovuz” braziliyalı futbolçu ilə DANIŞIQ APARIR

End of content

No more pages to load

RADİO