Husilər Qırmızı dənizdə batırdıqları Eternity C gəmisinin bir neçə heyət üzvünü oğurlayıblar.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Yəməndəki səfirliyi məlumat yayıb.
Daha əvvəl Reuters xəbər vermişdi ki, heyət üzvlərindən dördü gəmini tərk etməyə macal tapmamış həlak olub.
Altı nəfər xilas olmağa nail olsa da, 15 nəfər hələ də itkin düşmüş hesab olunur.
Bizim.Media