Mərhum aktyor Azər Baxşəliyevin xanımı Nigar Baxşəliyeva onunla bağlı açıqlamalar verib.
Bizim.Media xəbər verir ki, bu barədə Nigar “Retro Baku”da danışıb.
O, Azərin son günlərindən söz açıb: “Həmin hadisədən 10-15 gün öncə qızımızın ad günü idi. Dekabrın 21-i, evdə qonaqlar var idi. Həmişə nəvaziş göstərib, amma insan içində daha utancaq olmuşuq. O gün əllərimdən tuturdu, qucaqlayırdı, başımdan öpürdü. İndi dərk edirəm ki, bəlkə də son günləri olduğunu hiss edib”
Sara, Bizim.Media