Xəbər verdiyimiz kimi “Azərbaycan-Ural" milli-mədəni ictimai təşkilatının sədri Şahin Şıxlinski Yekaterinburqda saxlanılıb.
Bizim.Media xəbər verir ki, diaspor rəhbərinin oğlu Mutvalı Şıxlinski saxlanılma ilə bağlı açıqlama verib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO
O bildirib ki, Şahin Şıxlinski iyunun 27-də həbs edilən Səfərov qardaşlarına qarşı cinayət işi üzrə şahid qismində çıxış edib.
M. Şıxlinski qeyd edib ki, atası artıq bu iş üzrə şahid qismində ifadəsini verib, yenidən saxlanmasının və hücuma məruz qalmalarının sözügedən hadisə ilə bağlı olduğunu güman edir.
Qeyd edək ki, Ş. Şıxlinskiyə hücum olunan zaman oğlu Mutvali Şıxlinski də avtomobildə olub. O da zorla avtomobildən düşürülərək döyülüb.
Bizim.Media