Xəbər verdiyimiz kimi “Azərbaycan-Ural" milli-mədəni ictimai təşkilatının sədri Şahin Şıxlinski Yekaterinburqda saxlanılıb.
Bizim.Media xəbər verir ki, teleqram kanallarında Ş. Şıxlinskinin saxlanılmasını əks etdirən daha bir video görüntü yayılıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO
Görüntülərdə aydın əks olunur ki, diaspor rəhbərinin avtomobilinə anidən Rusiyanın hüquq-mühafizə orqanının əməkdaşları hücum ediblər.
Belə ki, onlar, heç bir açıqlama vermədən, nalayiq ifadələrlə avtomobilin şüşələrini sındırır, soydaşımızın düşməsinə məhəl qoymadan, ona güc tətbiq edərək avtomobildən çıxarıb yerə yıxırlar.
Qeyd edək ki, Ş. Şıxlinskiyə hücum olunan zaman oğlu Mutvali Şıxlinski də avtomobildə olub. O da zorla avtomobildən düşürülüb.
Həmin dəhşətli kadrları təqdim edirik:
Bizim.Media