Bu gün səhər saatlarında Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkəsində paylaşım edərək ölkədə genişmiqyaslı əməliyyat keçirildiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, kibercinayətkar qruplaşmalara qarşı yönəlmiş bu əməliyyat 12 vilayəti əhatə edib.
Nazirin sözlərinə görə, jandarmanın koordinasiyalı fəaliyyəti nəticəsində kibercinayətlərdə ixtisaslaşmış təşkilatlı cinayət qruplarına üzv olmaqda şübhəli bilinən 230 nəfər saxlanılıb.
Bu şəxslərlə əlaqəli şübhəli maliyyə əməliyyatlarının ümumi həcmi 3 milyard 150 milyon türk lirəsi təşkil edib.
Saxlanılan şəxslərdən 93 nəfər həbs olunub, 100 nəfərə isə məhkəmə nəzarəti tədbirləri tətbiq edilib. Qalan şübhəlilərlə bağlı hüquqi prosedurlar davam etdirilir.
Bizim.Media