Türkiyədə havaların istiləşməsi ilə əlaqədar son 48 saatda 150-dən çox meşə yanğını hadisəsi qeydə alınıb.
Bizim.Media "Haber Global"a istinadən xəbər verir ki, ən böyük yanğın Antalyanın Qazipaşa rayonunun ərazisində başlayıb.
Qeyd olunur ki, yanğınla mübarizəyə üç helikopter cəlb edilib. Güclü küləyin yanğınla mübarizə aparmağa mane olduğu bildirilib.
Bizim.Media