Ermənistanda kütləvi etiraz aksiyaları başlayıb.
Bizim.Media Ermənistan KİV-ə istinadən xəbər verir ki, müxalifətin çağırışı ilə küçələrə axışan sakinlər Kilsəni müdafiə etmək üçün paytaxt İrəvana doğru hərəkət edirlər.
Yürüş iştirakçıları hərəkət boyu “Miatsek” (bizə qoşul) qışqırırlar.
Qeyd edək ki, bu gün Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları Eçmiədzində bütün ermənilərin katolikosunun iqamətgahının yerləşdiyi əraziyə daxil olublar.
Bütün ermənilərin katolikosu II Qareginin özü xüsusi təyinatlıların qarşısına çıxıb.
Bundan əlavə, Eçmiədzində katolikosun iqamətgahına daxil olmaq istəyən din xadimləri ilə təhlükəsizlik qüvvələri arasında əlbəyaxa dava düşüb. Ermənistan təhlükəsizlik qüvvələri arxiyepiskop Mikael Ajapakhyanı saxlamağa cəhd göstərsələr də, kütlənin müqaviməti ilə üzləşərək kilsəni tərk ediblər.
Bizim.Media