Bayram günləri ilə əlaqədar qonaqlı-qaralı olan Qubanın Xınalıq kəndinin səmasında paraşüt görünüb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Xınalığa istirahətə gələn xarici turistlərin biri paraşütlə Qızılqaya dağ massivindən - Qəleyxudat kəndindən Xınalıq istiqamətinə hərəkət edib.
Dəniz səviyyəsindən 3200 metr yüksəklikdə əcnəbi turist paraşütlə Xınalığa enib.
Sözügedən hadisə kənd sakinlərinin marağına səbəb olub.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu